Naxçıvana yeni təhsil naziri təyin olundu
1 min read

Naxçıvana yeni təhsil naziri təyin olundu

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov vəzifəsindən azad edilib.

Canlixeber.com xəbər verir ki, bununla bağlı qərarlar bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilib.

Digər qərarla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.