Yeni təyinat
Prezident Hüseyn Əliyevə yüksək vəzifə verdi
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Hüseyn Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib. Canlixeber.com əbər verir ki, Hüseyn Əliyev dövlət sektorunda 13 ildən artıq idarəetmə təcrübəsinə malikdir. O, 2013-2026-cı illərdə Təhsil Nazirliyində şöbə müdiri və nazirin müşaviri, Vergilər və İqtisadiyyat nazirliklərində nazirin müşaviri, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət […]
Vüsal Nəsirli üç nəfərə yüksək vəzifə verdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AYDA) yeni kadr təyinatları olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb. Belə ki, Nicat Mustafayev İnsan resursları departamentinin rəhbəri, Aysel Məmmədova İşə qəbul və kadr planlaşdırılması şöbəsinin müdiri, Sevda Əliyeva isə Təlim və inkişaf şöbəsinin müdiri vəzifəsinə təyin olunublar.
Keçmiş icra başçısına yeni vəzifə verildi
Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib. Canlixeber.com xəbər verir ki, bu vəzifəyə Eldar İsmayılov gətirilib. Məlumata görə, iyunun 22-də Sumqayıt Şəhər Ağsaqqallar Şurasının seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və mətbuat […]
Sürayyə Hacıyeva yüksək vəzifəyə təyin olundu
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. Canlixeber.com xəbər verir ki, jurnalist Sürayyə Hacıyeva bu vəzifəyə təyinat alıb. Xatırladaq ki, S.Hacıyeva bu təyinata qədər AZƏRTAC-da çalışıb.
Rəna Məmmədovaya TƏBİB-də yüksək vəzifə verildi
Rəna Məmmədova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna müşavir təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd edək ki, TƏBİB-in icraçı direktorunun yeni müşaviri, tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-nin baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir – Özünə yeni vəzifə verildi
Ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”nin rəisi vəzifəsindən azad edilən Səftər İsmayılov yeni təyinat alıb. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki,S.İsmayılova Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib. O, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində şöbə müdiri təyin edilib. Qeyd edək ki, Səftər İsmayılov 20 il “Avtomobil Yollarının Mühafizə Xidməti”nə […]
Gülnar Qəhrəmanova direktor təyin edildi
Qazax Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, kollecin rəhbəri Gülnar Qəhrəmanova kollektivə təqdim olunub. Qeyd edək ki, Gülnar Qəhrəmanova Gəncə Dövlət Universitetində “Kimya və biologiya müəllimliyi” ixtisası üzrə bakalavr, həmin ali təhsil müəssisəsində “Genetika” ixtisaslaşması üzrə magistratura […]
Mürsəl Əliyevə yeni vəzifə verildi
Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-yə yeni direktor təyin olunub. Canlixeber.com nazirliyə istinadən xəbər verir ki, MMC-nin yeni rəhbəri Mürsəl Əliyevdir. O bu vəzifədə Ramin İsrafilovu əvəz edib. Xatırladaq ki, “Mərkəzi Təminat və Marketinq İdarəsi” 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.
Geologiya İnstitutuna direktor TƏYİN EDİLDİ
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub. Canlixeber.com xəbər verir ki, Elçin Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək. Elçin Vəliyev Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki […]
Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi
Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin edilib. Canlixeber xəbər verir ki, bu barədə əmri Ukrayna müdafiə naziri Mixaylo Fedorov imzalayıb. G.Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. 2014-cü ilin iyulundan Odessanın prokuroru, 2015-ci ilin dekabrından Odessa vilayəti prokurorunun müavini postunu tutub. Ukrayna […]
