Yeni təyinat
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
“Kəpəz” futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. Canlixeber.com xəbər verir ki, bu vəzifəyə tanınmış idman jurnalisti Aqşin Əliyev gətirilib. O bu vəzifədə Gəray Qiyasovu əvəzləyib. Jurnalist fəaliyyətinə “525-ci qəzet”də başlayan Aqşin Əliyev daha sonra “Neftçi” və MOİK klublarında da fəaliyyət göstərib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin olunub. Canlixeber.com xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Rəfail Əsədullayev təyinat alıb. O, 2023-cü ildən yeni təyinatadək Cəlilabad RMX-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri vəzifəsində çalışıb.
Natəvan Həsənovaya Sumqayıtda vəzifə verildi
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinə yeni direktoru təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Natəvan Həsənova təyinat alıb. O, kollektivə təqdim olunub. Natəvan Həsənova müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi çıxış edib. 2015-ci ildə ABŞ-nin Nyu-York […]
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında rəhbər dəyişikliyi olub. Canlixeber.com xəbər verir ki, Teymur Adışirin oğlu Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru olan Oktay Əmənullayev bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilərək Lənkəran xəstəxanasına direktor təyin edilib.
Lənkəran xəstəxanasına yeni direktor TƏYİN OLUNDU
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni direktor təyin olunub. Canlixeber.com xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb. Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad RMX-nin, 2020-2025-ci illərdə isə Astara RMX-nin direktoru vəzifələrində çalışıb. Xatırladaq ki, bundan əvvəl Lənkəran RMX-nin direktoru Nuridə Məmmədova olub. O bu […]
Vüsal Nəsirli onu rəhbər təyin etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mais Nəsirov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yerli yolların tikintisi departamentinin rəhbəri təyin edilib.
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub. Canlixeber.com bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə təyin edilib. 1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə […]
Nərminə Kamala agentlikdə yeni vəzifə verildi
Nərminə Kamal DOST Agentliyində yeni vəzifəyə təyin edilib. Canlixeber.com xəbər verir ki, müvafiq əmrə əsasən, Nərminə Kamal DOST Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin müdir müavini vəzifəsinə təyin olunub. O, bu təyinatadək Agentliyin Hesabatlılıq və təhlil şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib. Canlixeber.com xəbər verir ki, o, FHN-nin Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Xatıradaq ki, Kənan Aşurov 04.06.1982-ci ildə Tovuz rayonunda anadan […]
Məmmədnağı Əkbərova yüksək vəzifə verildi
Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Qeyd edək ki, M.Əkbərov buna qədər Naxçıvan MR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.
