Yeni təyinat
İsmət Cəfərova yüksək vəzifə verildi
“AZCON Holdinq”də yeni kadr təyinatı baş tutub. Canlixeber.com xəbər verir ki, İsmət Cəfərov holdinqin Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. O, 2025-ci ildən “AZCON Holdinq”də çalışır. İsmət Cəfərov daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC və “Aqrar Tədarük və Təchizat” ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Aysel İbayevaya vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub. Canlixeber.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub. O bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin rəhbəri […]
Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zeynəb Zamanova İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin müdiri təyin olunub. Qeyd edək ki, Z.Zamanova 2022-ci ildə Agentliyin komandasına qoşulub. O, həmin tarixdən yeni təyinatadək […]
Fuad Əliyevə vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-də yeni təyinat olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev “Aqrar Tədarük və Təchizat” ASC-nin İnzibati idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, F.Əliyev yeni təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində […]
Vüsal Aslanovdan yüksək vəzifəyə TƏYİNAT
“Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-nin Maliyyə departamentinin rəis müavini təyin edilib. O bu təyinatadək baş mühasibin müavini vəzifəsində çalışıb. R.Əliyev 2019-cu ildən “Bakı Metropoliteni”nin komandasında işləyir.
Nazir onu şöbə müdiri təyin etdi
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl “Avrora” şirkətində şöbə müdiri, daha əvvəl isə “Kapital Bank”da, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə […]
Nazir mərhum prokurorun general oğluna vəzifə verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb. Canlixeber.com xəbər verir ki, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının rəis müavini general-mayor Elçin Şirxan oğlu Adıgözəlov vəzifəsindən azad edilərək Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsinin rəisi təyin olunub. Qeyd […]
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində YENİ TƏYİNATLAR
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni təyinatlar olub. Canlixeber.com xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi – YENİ TƏYİNAT
Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Prezidentin növbəti Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.
AAYDA-da yeni təyinat olub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. Əmrə əsasən, Həmid Mübah oğlu Mehdiyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Normativ hüquqi aktlar və hüquqi tənzimləmə şöbəsinin müdiri təyin edilib. Həmid Mehdiyev bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Daxili nəzarət şöbəsinin […]
