Yeni təyinat
Çingiz Mustafayevə yüksək vəzifə verildi
“DJ Çina” ləqəbi ilə tanınan radio aparıcısı Çingiz Mustafayevə yüksək vəzifə verilib. Canlixeber.com xəbər verir ki, o, “Space FM”ə direktor təyin olunub.Çingiz Mustafayev bu barədə sosial şəbəkə hesabında qeyd edib. Xatırladaq ki, Sərxan Qədimov bir neçə gün əvvəl “Space FM”in direktoru vəzifəsindən azad olunmuşdu.
Elvin Hacıyevə yüksək vəzifə verildi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində yeni kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, Elvin Hacıyev Baş idarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsinə təyin olunub. E.Hacıyev bu təyinata qədər həmin bölmənin baş inspektoru vəzifəsində çalışıb.
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinatRamil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, Ramil Əmənov 2003-cü ildə Gəncə Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavriat, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetində “Azərbaycanın yeni və ən yeni tarixi” […]
Məşhur kardioloqa vəzifə verildi
Məşhur kardioloq Afiyəddin İsgəndərova yeni vəzifəsi məlum olub. Canlixeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, Afiyəddin İsgəndərov Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Müalicə işlər üzrə direktor müavini – Baş həkimi təyin edilib. Bununla bağlı səhiyyə naziri Teymur Musayev bir müddət əvvəl müaviq əmr imzalayıb. Qeyd edək ki, ötən ilin oktyabr ayında kardioloq Afiyəddin […]
Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinat olub
Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. Canlixeber.com İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb. Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini – Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib. Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb […]
