Yanğın Hadisəsi
“Azərsilah”-ın poliqonunda yanğın olub
Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bhubarədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
Xocavənd rayonunda minalanmış ərazidə yanğın başlayıb
Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğının baş verdiyi ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Xırdalandakı güclü yanğın söndürüldü
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinddən (FHN) bildirilib. Qeyd olunub ki, qurumun “112” qaynar telefon xəttinə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xankəndidə ev yanıb
Xankəndidə ev yanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Xankəndi şəhərində yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlər tərəfindən yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli, bitişik yerləşən hər birinin sahəsi 250kv.m. olan […]
Bakıda məşhur hoteldə YANĞIN: Qonaqlar təxliyə edildilər
Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Arena Hall” hotelinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kvadratmetr olan saunada baş […]
Bakıda yanacaq daşıyan avtomobil yanıb
Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qoşqusunda otuz bir ton dizel yanacağı olan “Mercedes” markalı avtomobilin kabinə hissəsində […]
Şəkidə 23 hektar biçilmiş taxıl sahəsi yanıb
Şəkidə açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şorsu kəndində kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb. Yanğın nəticəsində 23 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Ağdaşda “Mercedes” yanıb kül oldu
Ağdaş rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunublar. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Goranboyda 4 yaşlı uşaq ot tayasını yandırdı
Goranboyda 4 yaşlı uşaq babasının ot tayasını yandırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun özündə qeydə alınıb. Rayon sakini Arzu Aslanovun həyətində olan 120 kip ot tayası yanıb. İlkin ehtimala görə, hadisəni onun 4 yaşlı nəvəsi tərəfindən ehtiyatsızlıqdan baş verib. Hadisə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb olunub və alov söndürülüb.
Sabirabadda məktəbdə yanğın olub
Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
