1 min read

“İmişli” “Kəpəz”dən ayrılan Fərid Nəbiyevi heyətinə qatdı

“İmişli” yeni futbolçu transferini açıqlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə birillik müqavilə imzalayıb. Oyunçu karyerası ərzində “Slaviya” (Praqa), “Viktoriya” (Jijkov), “Kəpəz”, “Turan Tovuz” və “Səbail” klublarının formasını geyinib. O, son olaraq “Kəpəz”in uğurları üçün mübarizə aparıb.

1 min read

“Sabah” “Qarabağ”dan ayrılan Amin Ramazanovu heyətinə qatdığını açıqlayıb

“Sabah” heyətinə yeni futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb. Qapıçı Amin Ramazanov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 23 yaşlı qolkiperlə 2 illik müqavilə bağlanıb. Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan oyunçu karyerası ərzində “Qarabağ” və “Zaqatala”da çıxış edib.

1 min read

“Torpedo” “Zirə” ilə oyundan əvvəl Mateo Stamatovu transfer edib

“Zirə”nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsində rəqibi olan Gürcüstanın “Torpedo” klubu heyətinə yeni futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Kutaisi təmsilçisi məlumat yayıb. 27 yaşlı bolqarıstanlı cinah oyunçusu Mateo Stamatov transfer edilib. Onunla “2+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, “Zirə” – “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər […]

1 min read

“Qarabağ” Cebrail Makreçkisi transfer edib

2026/2027 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” klubu növbəti futbolçu keçidini gerçəkləşdirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Macarıstanın “Ferentsvaroş” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis “Qarabağ”a transfer olunub. Latviyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandada çıxış edəcək. O, 25 […]

1 min read

“Səbail” Abbas Ağazadə ilə müqavilə imzalayıb

“Səbail” növbəti transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan bildirilib. Son olaraq Premyer Liqada “İmişli”də çıxış etmiş Abbas Ağazadə ilə “1+1” illik müqavilə imzalanıb. Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyuna çıxıb və 1 qola imza atıb.

1 min read

“Sumqayıt” braziliyalı qolkiperlə gücləndi

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, klub portuqaliyalı qapıçı Jeymes Almeydanın transferini açıqlayıb. 25 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında “1” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Jeymes Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında forma geyinib.

1 min read

“Qəbələ” konqolu futbolçu transfer etdi

“Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, “qırmızı-qaralar” Konqo Demokratik Respublikasından olan Natan Monzanqo (Nathan Monzango) ilə 1+1 illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub. O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarının şərəfini qoruyub.

1 min read

“Sabah” “Sportinq”in yetirməsi Rodriqo Fernandeşi heyətinə qatıb

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Portuqaliyalı oyunçu Rodriqo Fernandeş bundan sonra komandanın uğurları üçün çalışacaq. 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq “Şamaxı” klubunun formasını geyinib. Portuqaliya təmsilçisi “Sportinq”in yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, […]

1 min read

“Sabah” onun üçün 720 min ödədi

“Sabah”ın son transferi Eyden Makkartinin transferi üçün “Kayzer Çifs”ə ödədiyi məbləği açıqlanıb. Canlixeber.com xəbər verir ki, “African Times” qəzeti Azərbaycan çempionunun cənubi afrikalı oyunçuya görə 7.000.000 rand (təxminən 720.000 manat) transfer məbləği ödədiyini yazıb. Qeyd edək ki, 22 yaşlı futbolçu “Kayzer Çifs”in yetirməsidir.