Qəbələ
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
“Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir”. Canlixeber.com xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib. T.Musayevin sözlərinə görə, bunun əsas səbəblərindən biri həmin şəhərlərdə nəqliyyat imkanlarının əlçatan olması və turizm infrastrukturunun – hotellərin, ictimai iaşə obyektlərinin, […]
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub
Azərbaycanda zəlzələ olub. Canlixeber.com xəbər verir ki, yeratı təkan bir neçə rayonda hiss edilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 – 3 bala qədər hiss olunub.
Qəbələnin bir hissəsi qazsız qalıb
Qəbələ şəhərinin Sura Kərimova küçəsinin təbii qazla qaz təchizatında müvəqqəti fasilə yaranıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, küçədən keçən, diametri 108 mm olan qaz xəttində qaz sızması aşkarlanıb. Bununla əlaqədar, bu gün saat 10:15-dən həmin küçənin qaz kəsilib. Təmir-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa […]
Premyer Liqa: Son tura bu gün Qəbələdə start veriləcək
Bu gün Azərbaycan Premyer Liqasında XXXIII – son turun ilk oyunu keçiriləcək. Canlixeber.com xəbər verir ki, ilk oyun günündə “Qəbələ” və “Şamaxı” komandaları üz-üzə gələcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da start götürəcək. Bu oyunların nəticəsindən aslı olmayaraq, aktivində 24 xalı olan Kaxaber Sxadadzenin komandası mövsümü turnir cədvəlinin 11-ci, 38 xalı olan Ayxan […]
Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən Qəbələ rayonu, Zarağan qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular […]
FHN təhlükəsizlik tələblərini pozmuş daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Qəbələ rayonu, Nic qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək […]
