Ölüm hadisəsi
Ehtiyatsızlıqdan zəhərlənən qadın öldü
Ucar rayonunda ehtiyatsızlıqdan zəhərli məhlul içən qadın vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 25-i saat 07 radələrində rayonun Lək kəndində baş verib. 1977-ci il təvəllüdlü Fərqanə Əlikram qızı Ağayeva yaşadığı evdən ehtiyatsızlıqdan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq, o həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
42 yaşlı qadın müəmmalı şəkildə öldü
Xəzər rayonunda 42 yaşlı qadın qəfil vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 26-sı saat 21 radələrində Mərdəkan qəsəbəsində baş verib. 1984-cü il təvəllüdlü N.Babayeva yaşadığı evin həyətində naməlum səbəbdən qəflətən ölüb. Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə araşdırma aparılır.
Boğazında ət tikəsi qalan kişi öldü
Bakı şəhərinin Suraxanı rayonunda ölümlə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat bir radələrində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Natiq Allahverdiyev Bülbülə qəsəbəsində yaşadığı evdə yemək yeyən zaman boğazında ət tikəsi qalıb. O, boğulduğuna görə nəfəs almaq üçün boğazını bıçaqla deşib. Nəticədə kişi qanaxmadan ölüb. Faktla bağlı araşdırma […]
Məşhur aktyor vəfat etdi
Dünya kinosunun məşhur simalarından biri, “Evdə tək 2” və “O” filmlərindəki yaddaqalan rolları ilə milyonların tanıdığı britaniyalı aktyor Tim Karri 80 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, aktyor xüsusilə Stiven Kinqin “O” (“It”) romanının 1990-cı il ekranlaşdırılmasında yaratdığı qorxunc kloun Pennivayz obrazı ilə dünya şöhrəti qazanıb. Azərbaycan tamaşaçısı Tim Karrini “Evdə tək 2: Nyu-Yorkda […]
Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb
Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Nizami rayon ərazisində 2007-ci il təvəllüdlü Elnur Elşən oğlu Əliyevin elektrik cərəyanı vurmuş meyiti yaşadığı mənzildə tapılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 60 yaşlı R.Məmmədovun öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Xəsarət alanlar 1965-ci il təvəllüdlü Q.Həsənov, 1968-ci il təvəllüdlü G.Həsənova, 1970-ci il təvəllüdlü İ.Əliyeva […]
Tovuzda vəzifəli şəxs vəfat edib
Tovuz Rayon İcra Hakimiyyətinin vəzifəli əməkdaşı vəfat edib. Canlixeber.com xəbər verir ki, icra hakimiyyətinin başçısı aparatının Sosial-İqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi Tariyel Əlixan oğlu Məmmədov vəfat edib. Belə ki, o, üçüncü dərəcəli dövlət qulluqçusu olub.
Bakıda bədbəxt hadisə: Uşaq dəmir barmaqlıqlara ilişərək öldü
Bakıda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə dünən saat 17 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini 2018-ci il təvəllüdlü Y.Ə. evlərinin həyətindəki dəmir barmaqlıqlardan ibarət hasardan keçmək istəyərkən başı barmaqlığa ilişib. O, hadisə yerində köməksiz qaldığından boğularaq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Beyləqanda minik və yük avtomobilləri toqquşub, ölən var
Beyləqanda minik və yük avtomobilləri toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə Qaradağlı kəndində qeydə alınıb. Belə ki, MAN markalı yük və “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Hyundai”ın sürücüsü Əlzamin Saday oğlu Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Yevlaxda avtomobil motosikletlə toqquşub, ölən var
Yevlaxda avtomobilin motosikletlə toqquşması nəticəsində 1 nəfər ölüb. Canlixeber.com xəbər verir ki, 2005-ci il təvəllüdlü Yevlax rayon sakini İsayev Nazim Nail oğlu etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı avtomobillə Yevlax şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü Yevlax şəhər sakini Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosikletin […]
