1 min read

Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər

Şəki Ağır Cinayətlər Məhkəməsində tanışlarını döyərək öldürməkdə təqsirləndirilən Hafiz Hacıyev və Rasim Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Hacıyev 10 il 6 ay, R.Abbasov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. İttihama görə, hadisə ötən il oktyabrın 28-də Zaqatala rayonunun Yuxarı Tala kəndində baş […]

1 min read

Bakıda dəhşət: Ana oğlunu ÖLDÜRDÜ

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. Canlixeber.com xəbər verir ki, Rəna adlı yaşlı qadının oğlunu bıçaqlayaraq qətlə yetirdiyi iddia edilir. Qadın daha sonra isə yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə atıb. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

3 mins read

24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq

Qusar Rayon Mərkəzi Xəstəxanasında müalicə alan pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən mama-ginekoloq Yelena Tağıyeva barəsində hökm çıxarılıb. Canlixeber.com xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə 2023-cü ilin oktyabrında Qusar Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində baş verib. Xaçmaz rayonunun Çiləgir kənd sakini, 2002-ci il təvəllüdlü A.B. xəstəxanada əməliyyat keçirib. Məhkəmənin müəyyən etdiyi hallara görə, […]

1 min read

Bakıda DƏHŞƏTLİ QƏTL: 48 yaşlı qadın evində öldürüldü, əri saxlanıldı

Bakıda qətl hadisəsi olub. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu, Məmmədli qəsəbəsində baş verib. 48 yaşlı Mədinə Hüseynqulu qızı Soltanova yaşadıqları evdə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Soltanov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar aparılır.

1 min read

Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək

“Sentyabrın 27-də saat 22:00-da Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abbas Abbasov həlak olub”. Canlixeber.com barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. O bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir. “Mərhumun ailəsinə və yaxınlarına […]

1 min read

Bərdədə minik avtomobili eşşək arabası ilə toqquşdu: Ölən var

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kələntərli kəndi ərazisində qeydə alınıb. Rayon sakini Mənsur Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən yolda eşşək qoşulmuş araba ilə toqquşub. Hadisə nəticəsində arabada olan kənd sakini Arif Babaşov hadisə yerində ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

1 min read

Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub

Ukrayna paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub. Canlixeber.com xəbər verir ki, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur. Əslən Azərbaycanın Lənkəran rayonundan olan A. Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib, yerindəcə keçinib.

1 min read

Siqnala görə başlayan mübahisə ölümlə bitdi – 17 yaşlı oğlan saxlanıldı

Sentyabrın 26-da gecə saatlarında Abşeron rayonu ərazisində avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib. Canlixeber.com xəbər verir ki, rayon sakini Əli Axundovla qonşusu İbrahim Həmidov arasında yaranan mübahisəyə Ə.Axundovun oğlu N. qoşularaq kəsici alətlə İ.Həmidova xəsarət yetirib. Tərəfləri sakitləşdirməyə çalışan İ.Həmidovun qohumu S.Mamedov da xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək […]

1 min read

Bakı-Sumqayıt yolunda ağır qəza – Ölən və yaralanan var

Ötən gecə Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, magistralın Abşeron rayonu Xırdalan şəhərindən keçən hissəsində “Chevrolet” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə, bir nəfər hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Qəzada yaralanan şəxsin fotoqraf Aysu Hasani olduğu məlum olub.