1 min read

UEFA Konfrans Liqası: “Neftçi”nin Bakıdakı oyununu kiprli hakim Konstantinos Fellas idarə edəcək

Bakıda “Neftçi” və Belarusun “Dinamo” (Minsk) komandaları arasında təşkil ediləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Canlixeber.com xəbər verir ki, qarşılaşmanın baş hakimi FIFA referisi Konstantinos Fellas olacaq. Ona Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək. Xatırladaq ki, iyulun 22-də […]

1 min read

“Neftçi” Sloveniyadakı sonuncu yoxlama oyununa bu gün çıxacaq

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” sözügedən ölkədə bu gün sonuncu yoxlama oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın “Osiyek” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da Lendava stadionunda start götürəcək. Xatırladaq ki, “ağ-qaralar” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı […]

1 min read

“Neftçi” Sloveniyada üçüncü yoxlama oyununa çıxacaq

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” sözügedən ölkədə bu gün növbəti yoxlama oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Serbiyanın “Radniçi NİŞ” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Xatırladaq ki, “Neftçi” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub.

1 min read

“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” ikinci yoxlama oyununa bu gün çıxacaq. Canlixeber.com xəbər verir ki, “ağ-qaralar” Serbiya təmsilçisi “Partizan”la üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Xatırladaq ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Rumıniyanın “ÇFR Kluj” kollektivinə uduzub – 1:2.

8 mins read

Yuri Vernidub: “Əlimizdən gələni edəcəyik ki, “Neftçi” layiq olduğu yerdə qərar tutsun”

“Neftçi” yeni mövsümdə layiq olduğu yerdə qərar tutmaq üçün əlindən gələni edəcək. “Report” xəbər verir ki, bunu baş məşqçi Yuri Vernidub klubun mətbuat xidmətinə açıqlamasında deyib. Təcrübəli mütəxəssis onunla müqavilə müddətinin artırılmasına münasibət bildirib: “Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə böyük etimad göstərdilər. Yeni müqavilə ilə bağlı sual verəndə onlara demişdim ki, əgər hər şey yaxşıdırsa, […]

1 min read

“Neftçi” yeni mövsümə hazırlığın birinci mərhələsini tamamlayıb

“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb. Sonuncu gündə baş məşqçi Yuri Vernidub komandanın üzvlərini “Palms Sports” Futbol Mərkəzində keçirilən ikitərəfli oyunda sınayıb. Hərəsi 30 dəqiqədən ibarət olan iki hissəli oyunda baş məşqçinin ixtiyarında olan bütün futbolçular, o cümlədən əvəzedici komandadan cəlb edilmiş oyunçular […]

1 min read

“Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibləri bəlli oldu

Avropa arenasında ölkəmizi təmsil edəcək “Neftçi” və “Zirə” klublarının UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblərin adları bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayacaq “Neftçi”ni olduqca maraqlı sınaqlar gözləyir. Paytaxt təmsilçisinin potensial rəqibləri sırasında “Ludoqorets” (Bolqarıstan), “Rakuv” (Polşa) və “Apollon” […]

1 min read

“Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib. Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən […]

1 min read

“Neftçi”dən ilk transfer həmləsi: Braziliyalı futbolçu hədəfdə

Növbəti mövsüm üçün transfer çalışmalarına start verən “Neftçi” ilk keçidini reallaşdırmaq istəyir. Canlixeber.com Sport24.az-a istinadən xəbər verir ki, “Ağ-qaralar” braziliyalı cinah oyunçusu Davi Qabriellə maraqlanır. 28 yaşlı futbolçu həm cinah müdafiəçisi, həm də vinqer kimi oynaya bilir. O, ölkəsinin C Seriyasında çıxış edən “Brusque”yə məxsusdur. Qeyd edək ki, “Neftçi” növbəti mövsüm UEFA Konfrans Liqasında çıxış […]