Mingəçevir
Mingəçevirdə meyit aşkarlandı
Mingəçevirdə meyit aşkar edilib. Canlixeber.com xəbər verir ki, hadisə “Mingəçevir kəndi” adlanan yaşayış məntəqəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Mingəçevirdə qəza olub, yaralananlar var
Mingəçevirdə avtomobil qəzası olub, yaralananlar var. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Texnologiyalar Parkı yaxınlığından keçən hissəsində baş verib. “VAZ 2106” və “LADA Priora” markalı avtomobillərin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan LADA-nın sürücüsü Əmrah Əliyev və VAZ-ın sərnişini Zəminə Mustafayeva xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb.
Bu xəstəxananın direktoru istefa verdi
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov vəzifəsindən azad edilib. Canlixeber.com Gununsesi.info-ya istinadla bildirir ki, Ülfət Qurbanov TƏBİB-in yeni rəhbərliyi ilə işləmək istəmədiyini bildirərək vəzifədən ayrılması ilə bağlı ərizə yazıb. Qeyd edək ki, Ülfət Qurbanov 2024-cü ilin sentyabrında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi. O, bundan əvvəl uzun müddət həmin tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, daha […]
Azərbaycan idmançıları “Mingəçevir Reqatası-2026″nın ikinci gününü 7 medalla başa vurublar
Azərbaycan idmançıları “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci gününü 7 medalla başa vurublar. Canlixeber.com xəbər verir ki, akademik avarçəkmədə 1500 metr məsafəyə yarışda Azər İlyasov (2008-2009) birinci olub. 500 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov cütlüyü (1:54.51) də 1-ci yeri tutub. Nuran Rəhimli – Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə […]
Market işçiləri arasında dava: Bıçaqlanan var
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 19-da şəhər ərazisindəki kafelərdən birində baş verib. Şəhər ərazisindəki kafelərdən birində yeyib-içən iş yoldaşları arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib, 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz rayon […]
Mingəçevirdə 9 mərtəbəli binada yanğın baş verib
Mingəçevir şəhərində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, keçmiş köçkün şəhərciyində yerləşən 9 mərtəbəli 11 saylı binada qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb olunub.
Mingəçevirdə balıq tutan şəxs öldü
Mingəçevir su anbarında balıq tutan şəxs ölüb. Canlixeber.com xəbər verir ki, hadisə su anbarı hövzəsindəki çimərliklərdən birində baş verib. Həvəskar qaydada balıq tutmaq üçün adıçəkilən əraziyə gedən 1964-cü il təvəllüdlü şəhər sakini Osmanov Maarif Yaqub oğlu orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı
Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, Yevlax rayonu, Xanabad kənd sakini 1961-ci il təvəllüdlü Xaləddin Sabir oğlu Kərimov avqustun 26-da saat 7 radələrində Mingəçevir su anbarının Samux rayonu ərazisinə düşən hissəsində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək boğulub. Avqustun 28-də onun meyiti Mingəçevir su anbarından aşkar edilib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma […]
Mingəçevir su anbarında balıqçı itkin düşüb
Mingəçevir su anbarında balıqçı itkin düşüb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün baş verib. Xanabad kənd sakini, Xaləddin Sabir oğlu Kərimov qayıqla Mingəçevir su anbarına balıq tutmağa gedib. Bir müddət sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Axtarış zamanı X.Kərimova məxsus qayıq və digər şəxsi əşyalar tapılıb. Lakin balıqçının özündən hələlik xəbər yoxdur. Xaləddin Kərimovun […]
