Körpə ölümü
Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü
Göyçay rayonunda üçaylıq körpə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan qadın üçaylıq körpəsi qucağında yaşadığı ünvanda evdən həyətə düşərkən pilləkəndən yıxılıb. Bu zaman qucağında olan körpə əlindən düşərək baş nahiyəsi yerə çırpılıb. Körpə aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Sabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb
Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Gəncənin zibil poliqonundan körpə meyiti tapıldı
Gəncənin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, böyük ehtimalla meyit erkən doğulan körpəyə aiddir. Sözügedən zibil poliqonu Gəncədə məişət tullantılarının atıldığı ən böyük ərazi hesab olunur.
Biləsuvarda körpə nəfəs borusunda qida qalmasına görə ölüb
Biləsuvar rayonunda körpə nəfəs borusunda qida qalmasına görə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 3-də qeydə alınıb. Xırmandalı kənd sakini 2026-cı il təvəllüdlü R.A. nəfəs borusunda qida qalması səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.Araşdırma aparılır.
Abşeronda üçaylıq körpə boğulub öldü
Abşeronda körpə faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Hökməli qəsəbəsində baş verib. Üçaylıq Səccad İbrahim oğlu Axundov yaşadığı evdə boğularaq ölüb. Onun hansı şəraitdə boğulması isə məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə körpə qızdırmadan ölüb
Şəmkir rayonunda bir yaşlı körpə qızdırmadan ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində baş verib. Bədən hərarəti qalxan 2025-ci il təvəllüdlü oğlanı valideynləri ev şəraitində müalicə etmək istəyiblər. Bundan sonra körpənin qızdırması yüksəlib. O, valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
Kürdəmirdə FACİƏ: Azyaşlı pəncərədən yıxılıb ÖLDÜ
Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Babək küçəsində baş verib. Belə ki, şəhər sakini, 2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan yaşadığı çoxmərtəbəli binanın 5-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda 1312 körpə ölümü qeydə alınıb
2025-ci ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı 1312 olub. Qız uşaqları arasında körpə ölümü göstəricisi artıb. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb. Bildirilib ki, 2025-ci ildə […]
