Körpə ölümü
Kürdəmirdə FACİƏ: Azyaşlı pəncərədən yıxılıb ÖLDÜ
Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Babək küçəsində baş verib. Belə ki, şəhər sakini, 2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan yaşadığı çoxmərtəbəli binanın 5-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda 1312 körpə ölümü qeydə alınıb
2025-ci ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı 1312 olub. Qız uşaqları arasında körpə ölümü göstəricisi artıb. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb. Bildirilib ki, 2025-ci ildə […]
