Kəpəz FK
“İmişli” “Kəpəz”dən ayrılan Fərid Nəbiyevi heyətinə qatdı
“İmişli” yeni futbolçu transferini açıqlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə birillik müqavilə imzalayıb. Oyunçu karyerası ərzində “Slaviya” (Praqa), “Viktoriya” (Jijkov), “Kəpəz”, “Turan Tovuz” və “Səbail” klublarının formasını geyinib. O, son olaraq “Kəpəz”in uğurları üçün mübarizə aparıb.
“Kəpəz” Luis Paçu ilə vidalaşıb
“Kəpəz” futbolçu Luis Paçu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Xatırladaq ki, Luis Paçu ötən mövsüm “Kəpəz”də 29 oyun keçirib və 5 qola imza atıb.
“Kəpəz” PFK-nın İdarə Heyətinə yeni sədr seçildi
“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. Canlixeber.com xəbər verir ki, iclasda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib. Bundan başqa, Umud Tarverdiyev və Fərman Əlizadə İdarə Heyətinə üzv təyin olunublar.
“Kəpəz” Fərid Nəbiyevlə yollarını ayırıb
“Kəpəz” futbolçu Fərid Nəbiyevlə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb. Xatırladaq ki, F.Nəbiyev ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matça çıxıb və 4 qolla yadda qalıb.
“Kəpəz” klubu serbiyalı mütəxəssisə tapşırılır
“Kəpəz” klubunun baş məşqçi postuna gətirəcəyi isim artıq bəlli olub. Canlixeber.com xəbər verir ki, Gəncə təmsilçisi sükanı serbiyalı mütəxəssis Zoran Vasilyeviçə etibar etməyə hazırlaşır və tərəflər rəsmi müqavilənin imzalanmasına çox yaxındırlar. Hazırda Serbiyanın “IMT Belqrad” komandasının çalışdırıcısı olan mütəxəssislə “Kəpəz” rəhbərliyi arasında son günlərdə intensiv danışıqlar prosesi gedir. Məlumata görə, əməkdaşlığın əsas detalları artıq razılaşdırılıb […]
Azər Bağırov “Kəpəz”in baş məşqçisi vəzifəsindən ayrılıb
Azər Bağırov Kəpəzin baş məşqçisi vəzifəsindən ayrılıb“Kəpəz” futbol klubunun baş məşqçisi Azər Bağırov vəzifəsindən ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidmətindən bildirilib. Mütəxəssislə başa çatan müqavilə yenilənməyib. Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasında 2025/2026 mövsümünü 27 xalla 10-cu pillədə başa vurub.
“Kəpəz” Rəhman Hacıyevlə bağlı qərarını verdi
“Kəpəz” klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sarı-göylər” Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub.
Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib
Misli Premyer Liqasının XXXII turu “Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyev və “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev üçün əlamətdar olub. Canlixeber.com xəbər verir ki, onlar Misli Premyer liqasında 200-cü oyunlarını keçiriblər. Belə ki, E.Şahverdiyev üçün Yubiley “Araz-Naxçıvan”la səfər görüşünə (0:2) təsadüf edib.O, bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/16 mövsümündə “Qəbələ” forması ilə debüt edən Şahverdiyev […]
