Gəncə
“Gəncə” klubu Carvis Qarretlə müqaviləni yeniləyib
“Gəncə” kapitanı Carvis Qarretlə müqaviləni yeniləyib. Canlixeber.com xəbər verir ki, 31 yaşlı basketbolçu ilə anlaşma növbəti mövsümün sonunadək nəzərdə tutulub. Qeyd edək ki, ABŞ-li basketbolçu ötən mövsüm Azərbaycan Kubokunun final qarşılaşmasında ən dəyərli oyunçu (MVP) seçilib.
Gəncədə üç qardaş arasında dava – Biri özünə xəsarət yetirib
Gəncədə qardaşlar arasında əlbəyaxa dava olub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Üç qardaş arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə qardaşlardan Həbib Usubov kəsici alətlə özünə xəsarət yetirib. Mübahisə zamanı onların içkili olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər araşdırma başlanılıb.
Gəncədə çay evində bıçaqlanma: 31 yaşlı kişi xəsarət aldı
Gəncədə çay evində bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. İlkin məlumata görə, çay evlərindən birində baş verən insident zamanı 1995-ci il təvəllüdlü Məmməd Babayev bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum […]
Yarımtikilidə 38 yaşlı kişinin meyiti tapıldı
Gəncə şəhərində yarımtikilidən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 24-nə keçən gecə şəhər ərazisindəki təmir sexlərindən birində baş verib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü şəhər sakini Elmidar Sultan oğlu Əliyev olduğu müəyyənləşib. Hadisənin səbəbləri araşdırılır.
Gəncədə avtomobil təmiri sexində meyit tapılıb
Gəncədə avtomobil təmiri sexində kişi meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, avtomobil təmiri sexində şəhər sakini 1988-ci il təvəllüdlü Ə.Əliyevin meyiti aşkarlanıb. Ölümün səbəbi hələlik məlum deyil. Məlumata görə, meyiti tapılan şəxs avtomobil ustası olub. Faktla bağlı araşdırma aparılır.
Gəncədə sərnişin “BakuBus”dan yıxılaraq xəsarət alıb
Gəncədə H.Əliyev prospektində “BakuBus”a məxsus 14 nömrəli ictimai nəqliyyat vasitəsi hərəkətdə olarkən sərnişin- 1989-cu il təvəllüdlü Xəyalə Verdiyeva yıxılaraq xəsarət alıb. Canlixeber.com əbər verir ki, yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. Məlumat üçün bildirək ki, Gəncədə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin əksəriyyəti “BakuBus”a məxsusdur. Faktla bağlı […]
Gəncə və Samuxda yas mərasimlərində 48 nəfər zəhərlənib
Son günlər Gəncə və Samuxda yas mərasimlərində ardıcıl baş vermiş qida zəhərlənmələrində ümumilikdə 48 nəfər zərərçəkən olub. Canlixeber.com xəbər verir ki, bunu AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova AQTA-nın 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, ortaq istehlak edilən lavaşın zəhərlənmələrə səbəb olduğu müəyyən edilib: “Laborator nəticələr əldə edildikdən sonra […]
Gəncədə 20 yaşlı gənc bıçaqlanıb
Gəncədə Xan Bağı istirahət parkının yaxınlığında 20 yaşlı gənc bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, 2006-cı il təvəllüdlü Sərxan İsmayılov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi istiqamətində Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.
Gəncədə 54 yaşlı qadının meyiti tapılıb
Gəncədə 1972-ci il təvəllüdlü Lətafət İsmayılovanın meyiti aşkar edilib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. 54 yaşlı Lətafət İsmayılovanın yaşadığı evdə meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Gəncədə yeniyetmə yaşıdını bıçaqlayıb
Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 2010-cu il təvəllüdlü Ə. Süleymanov bud nahiyəsindən bıçaq xəsarəti alıb. İlkin məlumata görə, hadisəni onun həmyaşıdı A. Axundov törədib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
