Gəncə
Gəncədə evdən qadın meyiti tapılıb
Gəncə şəhərində evdən qadın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Beəl ki, 1947-ci il təvəllüdlü Zemfira Məmmədovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. 79 yaşlı qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. […]
Gəncədə domino oynayarkən başlayan mübahisə QƏTLƏ SƏBƏB OLDU
Gəncədə baş verən qətlin bəzi təfərrüatı məlum olub. Canlixeber.com xəbər verir ki, qətlə yetirilən 65 yaşlı M.Musayevlə hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı N.İsgəndərov arasında çayxanada domino oynayarkən mübahisə yaranıb. Çayxanada olan digər şəxslər tərəfləri sakitləşdiriblər. Lakin bir müddət sonra onların arasında yenidən mübahisə düşüb. Bu zaman N.İsgəndərov M.Musayevə bıçaqla xəsarət yetirib. M.Musayev xəstəxanaya çatdırılsa […]
Qalmaqallı kollec direktoru işdən çıxarıldı
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru işdən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Əmrə əsasən, Regional Kollecin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib. X.Xudiyeva sözügedən vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu. Onunla eyni vaxtda Regional Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin […]
Gəncənin zibil poliqonundan körpə meyiti tapıldı
Gəncənin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, böyük ehtimalla meyit erkən doğulan körpəyə aiddir. Sözügedən zibil poliqonu Gəncədə məişət tullantılarının atıldığı ən böyük ərazi hesab olunur.
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Gəncədə zəncirvari qəza baş verib
Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Chevrolet” və “Toyota” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarında dayanan “KIA” markalı avtomobilə çırpılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
“Gəncə” Tariyel Yusifzadəni yenidən heyətinə qatıb
“Gəncə” heyətinə daha bir basketbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Klub Tariyel Yusifzadə ilə anlaşma əldə edib. Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, T.Yusifzadə 2023/2024 mövsümündə də “Gəncə”nin formasını geyinib. Basketbolçu son olaraq “Ordu”da çıxış edib.
“Gəncə” 3 basketbolçusu ilə yollarını ayırıb
“Gəncə” basketbol klubu üç oyunçusu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə komandadan bildirilib. Müqavilə müddəti başa çatan Cəbrayıl Əkbərov, Ulaş Turğut və Nazar Quliyevlə əməkdaşlığa son qoyulub.
Gəncədə fərdi yaşayış evində yanğın olub
Gəncədə yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı evin dam örtüyünün 5 kv. metr hissəsi […]
Oğlu öldürülən ata qisas almağa çalışdı – 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. Canlixeber.com xəbər verir ki, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Tunar Məmmədov Gəncədə tərxun yetişdirilən istixanada çalışıb və oranın sahibinin 15 yaşlı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Məlum olub ki, onlar 10 manat pula […]
