Gəncə
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənninin bir müddət əvvəl ürəyində problem yaranıb. Qeyd edək ki, Daşqın Eldarlı Gəncədə və ətraf bölgələrdə tanınan […]
Gəncədə yaşayış evində meyit aşkarlanıb
Gəncədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin İnşaatçılar küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yaşayan 1986-cı il təvəllüdlü R. Novruzovun meyiti evindən tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Kişinin ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Gəncədə evdən meyit tapıldı
Gəncədə 70 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb. Şəhər sakini, 1956-cı il təvəllüdlü Azər Balı oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı mənzildə aşkarlanıb. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Gəncədə bıçaqlanma olub
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü T.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, T.Məmmədov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Əraziyə polis əməkdaşları cəlb […]
Gəncədə nöqsanlar aşkarlanan çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı
Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, qurumun Gəncə regional bölməsinin əməkdaşları Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, ev 91 ünvanında fəaliyyət göstərən Nəsimi Əlipolad oğlu Abbaszadəyə məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib. Bu zaman texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən […]
Oğul ona siqaret almayan atasını bıçaqladı
Gəncə şəhərində oğul atasını siqaretə görə bıçaqlayıb. Canlixeber.com xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Mətləb Məmmədov (soyad şərtidir – red.) Türkiyədə təhsil alandan sonra Gəncə şəhərinə qayıtsa da iş tapa bilməyib. O, valideynlərinin yanında qalıb və gündəlik xərclik pullarını valideynlərindən alıb. Atası və anası hər gün Mətləbə siqaret də alırlarmış. İttihamda yazılanlara görə, […]
Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncə şəhərində baş verən avtomobil qəzasında üç nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. “Audi” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, Seymur Qurbanov (1990) və Xəyal Məmmədov (1986) xəsarət alıblar. Hər üç şəxs şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib. […]
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
Gəncə şəhərində 16 yaşlı yeniyetmənin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb. Canlixeber.com xəbər verir ki, sentyabrın 9-da Gəncə şəhəri ərazisində Cəfərov Nihad Ramil oğlu ilə Bayramov Ruzi Elvin oğlu arasında mübahisə baş verib. Mübahisə zamanı N.Cəfərov üzərində gəzdirdiyi bıçaqla R.Bayramovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla, ona qəsdən sağlamlığa ağır zərər vurub. Fakta görə Cinayət Məcəlləsinin […]
Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, söhbət külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən gedir. Prokurorluq tərəfindən aparılan istintaqla Kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaşı Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə […]
