1 min read

Daha 1 il “Qarabağ”da

“Qarabağ” Futbol Klubu futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, klub Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb. “Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandamızın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandamızın heyətində Premyer Liqada 267 oyunda […]

1 min read

Naxçıvan təmsilçisi daha bir futbolçu ilə müqaviləni yenilədi

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisindən bildirilib. Ü.İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024/2025 mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir. Qeyd edək ki, klub buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.

1 min read

“Qarabağ”dan gedəcəyi deyilən Pedro Bikalyo QƏRARINI VERDİ

“Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqaviləni uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər Ağdam təmsilçisinin formasını geyinəcək. 2025-ci ildən “Qarabağ”da çıxış edən Pedro Bikalyo bu müddətdə 51 oyunda meydana çıxıb və bir qol […]

1 min read

“Zirə” 5 futbolçu ilə müqaviləni uzatdı

“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni müqavilə imzalanıb. Həmçinin cari mövsümün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun isə sözləşməsindəki 1 illik yeni müqavilə bəndi qüvvəyə minib.

1 min read

Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə qarşılaşacaq. Görüş Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq. Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda […]

1 min read

“Şamaxı” klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb

“Şamaxı” klubu futbolçusu Həbib İsmayılovla yeni müqavilə bağlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Premyer Liqası təmsilçisindən məlumat verilib. H.İsmayılov növbəti iki mövsümdə də “Şamaxı”nın formasını geyinəcək. Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın 2025/2026 mövsümündə 38 xalla 8-ci olub.

1 min read

“Qarabağ” onunla müqavilə müddətini uzatdı

“Qarabağ” braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb. Canlixener.com xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun çalışdığı agentlik məlumat yayıb. Sözügedən agentlik sosial şəbəkə hesablarında bunları qeyd edib: “Yarımmüdafiəçi Pedro Bikalyonun “Qarabağ”la müqaviləsini yenilədik. Komandanın ən görkəmli oyunçularından biri olan Bikalyo xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksəksəviyyəli oyunlar nümayiş etdirib. […]