Cəlilabad
Cəlilabadda yanğın baş verib
Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.
Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb
Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsini, magistral yolun kənarında yerləşən ərazini əhatə edir. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Vətən müharibəsi iştirakçısına vəzifə verildi
Cəlilabad Rayon İcra Hakimiyyətinin Kövüzbulaq kənd inzibati ərazi dairəsi üzrə yeni icra nümayəndəsi təyin olunub. Canlixeber.com xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Orxan Qafur oğlu İmanov təyin edilib. Qeyd edək ki, Orxan İmanov Vətən müharibəsi iştirakçısıdır.
Cəlilabadda 44 yaşlı qadın evində yandı
Cəlilabad rayonunda qadın evində yanıb. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 14 radələrində rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini 1982-ci il təvəllüdlü Aidə Şıxəliyeva yaşadığı evdən termiki xəsarətlə xəstəxanaya gətirilib. Onun evdə maye qazdan yandığı bildirilir. Faktla bağlı araşdırmalar aparılır.
Cəlilabadda “Mercedes” transformatora çırpılıb
Cəlilabadda “Mercedes” markalı minik avtomobili yol kənarındakı elektrik transformatoruna çırpılıb. Canlixeber.com xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, avtomobilin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı elektrik transformatoruna çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
Cəlilabad rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. “VAZ 21011” markalı avtomobil dönmə manevri etdiyi zaman arxadan gələn “Mercedes” markalı nəqliyyat vasitəsi ona çırpılıb. Daha sonra toqquşmanın təsirindən “VAZ 21011” yoldan çıxaraq əks istiqamətdə hərəkətdə olan “VAZ 2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 4 nəfər […]
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Cəlilabadda 18 kq artıq narkotik vasitə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, narkotik vasitələrin dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan […]
Cəlilabadda ikimərtəbəli ev külə döndü
Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb edilib. Yanğının qarşısı alınsa da, ev tamamilə yanaraq yararsız […]
Cəlilabadda iki minik avtomobili toqquşdu, xəsarət alanlar var
Cəlilabad rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistralından Göytəpə şəhərinə keçən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Toqquşmanın təsirindən avtomobillərdən biri yoldan çıxaraq yol kənarındakı […]
