Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakıda bir qohumunu öldürən, digərini bıçaqlayan şəxsə hökm oxunub
Bakıda bibisi qızını bıçaqlamaqda, digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Kamal Baxşıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra […]
“İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə özünü qismən təqsirli bilib – MƏHKƏMƏ
Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Şəhla Kamilova də iştirak edib. O anket məlumatları dəqiqləşdirilən zaman “İdrak” liseyində riyaziyyat müəllimi işlədiyini deyib. Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə bir neçə […]
Qardaşı tərəfindən nişanlısı bıçaqlanan yeniyetmə qız danışdı
Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda Nazilə Şəmsiyeva (ad, soyad şərtidir) şahid qismində dindirilib. O bildirib ki, təqsirləndirilən şəxs onun qardaşıdır: “Zərərçəkənlə, yəni nişanlımla yataq otağında oturmuşdum. […]
Hansı hallarda bəraət hökmü çıxarılır? – Hakimdən açıqlama
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib. Canlixeber.com xəbər verir ki, hakim bəraət hökmünün şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarıldığını qeyd edib:“Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər: M. Aslanov bildirib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs […]
717 min manatlıq mənimsəmə işi: Məhkəmədə gözlənilməz qərar verildi
Auditorlar Palatasının Maliyyə və Texniki Təminat İdarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və mühasib Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən yekun iclasda müdafiə tərəfinin çıxışları başa çatdıqdan sonra təqsirləndirilən şəxslərə son söz verilib. Təqsirləndirilənlər son çıxışlarında […]
Qətl törətdikdən 11 il sonra tutulan şəxsə HÖKM OXUNDU
Oğurluğa getdiyi evin sahibinin qonşusunu bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun barəsindəki cinayət işinin məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, Hüseyn Cəfərov 10 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 11 il azadlıqdan məhrum olunmasını istəmişdi. […]
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA
Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.B. bildirib ki, hadisə baş verən gün təqsirləndirilən Samir Mamedov onun sahibi olduğu maşını təmirə aparıb. Daha […]
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zəminə Əsədovanın (adı və soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihama görə, təqsirləndirilən şəxs tanışı, 1959-cu il təvəllüdlü Rəmzi Səfərovla (adı və soyadı şərtidir) bağlı əldə etdiyi şəxsi xarakterli […]
Qardaşını bıçaqlayan şəxsə cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Araz Səfərzadənin (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihama görə, hadisə 2025-ci ilin əvvəlində Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Araz […]
Rüfət Səfərova hökm oxundu
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum […]
