1 min read

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq iyulun 6-31-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək. Qeyd edilib ki, sözügedən reyslərə biletləri […]

1 min read

Bəzi qatarların hərəkət qrafiki dəyişdi

Sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün bu gündən Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlində dəyişiklik qüvvəyə minib. Canlixeber.com xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatına əsasən, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək. Yeni […]

1 min read

Bakı-Qəbələ-Bakı qatarı Ucarda dayanacaq

Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlara 2026-cı il iyulun 4-dən başlayaraq Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb. Hərəkət cədvəli ilə qurumun saytında və ya “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz.

1 min read

Bakı-Balakən-Bakı qatarının hərəkət cədvəlinə dəyişiklik edilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət cədvəlinə iyulun 1-dən etibarən hər iki istiqamətdə dəyişiklik edir. Canlixeber.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan saat 23:30-da (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.

1 min read

Bayram günlərində Xırdalan və Sumqayıt qatarları şənbə-bazar cədvəli ilə hərəkət edəcəklər

15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü qeyri-iş günü olduğundan, həmin tarixlərdə Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutu üzrə şənbə-bazar günlərinin hərəkət cədvəli tətbiq ediləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Qeyd olunub ki, hərəkət cədvəli ilə ADYnin saytında və ya “ADY Mobile” tətbiqində tanış […]

1 min read

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir. Canlixeber.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq […]

1 min read

Dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bu il “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, nəticədə 2 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb. Bildirilib ki, dəmir yolu keçidlərində baş verən hadisələrin əksəriyyəti sürücülərin qaydalara əməl etməməsi səbəbindən baş verir: “ADY təhlükəsizlik dəyərini öndə tutaraq gün […]

1 min read

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və antrasit göndərilib

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, 12 vaqondan ibarət, çəkisi 828 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 414 ton olan antrasit (daş kömür növü) saat 11:30-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 […]

1 min read

Bayram günlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun – Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY […]

1 min read

ADY rəsmisi: Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir

Bakı-Tbilisi qatarı Tbilisiyə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil. Canlixeber.com xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. O, qeyd edib ki, bununla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. ADY rəsmisi hər hansı ekspertin, turizmçinin açıqlamasına əsaslanaraq qeyri-dəqiq məlumatlar yaymamağı tövsiyə edib.