Azyaşlı ölümü
5 yaşlı uşaq su anbarında boğuldu
Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
8 yaşlı uşaq 7-ci mərtəbədən yıxılıb öldü
Bakıda azyaşlı binadan yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində qeydə alınıb. 8 yaşlı Mədinə Cavid qızı Allahyarova yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
