Ağdam
Ağdamın kəndində güclü yanğın
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu bərədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Ata və övladları dəfn olundu – Bir ailənin faciəsi
Ötən gün Ağdam ərazisində Xaçınçay su anbarında faciəvi şəkildə ölən ata və övladları dəfn edilib. Canlixeber.com xəbər verir ki,, hər üç ailə üzvü Bərdədə Seyid Yusifli kənd qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, ata-1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlu övladları- 2008-ci il təvəllüdlü İsgəndərov Tunar və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan su anbarında çimərkən boğulmuşdular.
Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağlı araşdırma aparılır.
Ağdamda 71 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Ağdam rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 28-də axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib. Şəhər sakini, 1955-ci il təvəllüdlü Baxşeyiş Bayram oğlu Əmirov ehtiyatsızlıqdan yaşadığı evin pilləkənindən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini – 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə […]
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində aparılan qazıntı işləri zamanı insan skeletinə bənzər qalıqlar aşkarlanıb. Canlixeber.com xəbər verir ki, tapıntı ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.Əraziyə baxış keçirilib və qalıqlar ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.
Ağdamda avtomobil 4 piyadanı vurub
Ağdam rayonunda 4 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yol kənarında olan 4 piyadanı vurub. Hadisə zamanı 1979-cu il təvəllüdlü Mələk Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Hümbətov, 1981-ci il […]
Ağdamda mağazaya ildırım düşüb: Yanğın başlayıb
Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında rayonun Qaradağlı kəndində qeydə alınıb. Məlumata görə, ildırım kənd sakini Fikrət Soltan oğlu İbadova məxsus mağazaya düşüb. Nəticədə mağazada yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin yanğınsöndürmə texnikaları cəlb olunub. Operativ müdaxilə nəticəsində alovun […]
Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib
“Azerbaijan International Mining Company Limited (AIMC)” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında bağlanmış müqavilələrə əsasən, İnstitutun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi” tərəfindən Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayon […]
