Mədəniyyət
“İmarət” İslam Dünyası İrs Siyahısına daxil edildi
Ağdamın “İmarət” Tarixi-Memarlıq Muzey-Kompleksinin ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi ilə əlaqədar sertifikat təqdim olunub. Canlixeber.com xəbər verir ki, sertifikatı ICESCO-nun baş direktoru Salim əl-Malik Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim edib. Təltifetmə 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutub.
“44” bədii filminin premyerası baş tutub: Arzu Əliyeva və Alyona Əliyeva təqdimatda iştirak ediblər
Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi ictimaiyyətə təqdim olunub. Canlixeber.com xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Təqdimatdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik […]
Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib
Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib. Canlixeber.com xəbər verir ki, Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbi və Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumların siyahına daxil edilib.
Amin Novruzov vəfat etdi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov 79 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. Amin Novruzəli oğlu Novruzov 1960-cı illərin sonundan etibarən Azərbaycan kinosunun bir sıra məşhur filmlərində operator assistenti və ikinci operator kimi fəaliyyət göstərib. 1978-1983-cü illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində V.Yusovun […]
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
“Tarixi abidələrin müvafiq siyahısına daxil edilən Kürdəxanı qəsəbəsində yerləşən Soltan Əli məscidində mərhələli şəkildə bərpa və konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulur”. Canlixeber.com xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, XIX əsrə aid Soltan Əli məscidi yerli əhəmiyyətli tarix-memarlıq abidəsidir: “Hazırda qəzalı vəziyyətdə olan […]
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb
Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlama aparılır. Canlixeber.com xəbər verir ki, bu barədə Musavat.com-a Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov məlumat verib. O bildirib ki, yoxlamalar nəticəsində bir sıra qanun pozuntuları aşkarlanıb və araşdırmanın yekunları barədə ictimaiyyətə məlumat veriləcək: “Əvvəlcə Hesablama Palatası yoxlamalar apardı. İndi isə işi […]
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub. Canlixeber.com bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə təyin edilib. 1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə […]
Mədəniyyət Nazirliyi Laçındakı “Simurq” kitabxanası ilə bağlı məsələyə münasibət bildirib
“Bəzi insanlarda Laçındakı “Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb. Sanki söhbət dövlətin açdığı kitabxanadan gedir. Amma əslində bu, özəl şəkildə yaradılmış kitabxanadır”. Canlixeber.com xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla görüş zamanı deyib. “Biz dövlət qurumu olaraq, təbii ki, belə təşəbbüsləri və fəaliyyətləri dəstəkləyirik. Bu dəstək çərçivəsində “Simurq” kitabxanasının […]
Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanılıb
Cənub bölgəsinin mühüm tarixi-arxeoloji abidələrindən olan Şindan qalasında arxeloji kəşfiyyat işlərinə başlanılıb. Canlixeber.com xəbər verir ki, Şindan qalası Astara rayonunun Sım kəndindən təxminən 6-7 km cənub-qərbdə, Talış dağlarının yüksək zirvəsində, İran sərhədinə yaxın ərazidə yerləşir və bölgənin mühüm tarixi-arxeoloji abidələrindən hesab olunur. AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin müdiri, tarix […]
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid sosial şəbəkə hesabında bildirib. “İndicə eşitdiyim acı xəbərdən kədərləndim. Görkəmli şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin! Oğlanlarına, yaxınlarına, bütün poeziyasevərlərə dərin hüznlə başsağlığımı […]
