Kriminal
Masallıda 69 yaşlı qadın qətlə yetirilib
Masallıda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Elmira Əmənovanın üzərində xəsarətlər olan meyiti evində tapılıb. İlkin məlumata görə, 69 yaşlı qadın yaşadığı evdə baltalanaraq qətlə yetirilib, bu, tamah məqsədilə törədilib. E.Əmənovanın qohumu Həsrət Əmirovun APA-ya verdiyi xəbərə görə, mərhumun meyitinin yanında yanında […]
Müsadirə olunmuş külli miqdarda narkotik məhv edilib
İyun ayının 11-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Tədbir zamanı Dövlət […]
Gəncədə 63 yaşlı kişi qətlə yetirilib
Gəncədə qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1963-cü il təvəllüdlü F. Əliyev bıçaqlanaraq qətlə yetirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumata görə, hər iki şəxs qohum olub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Bildirilib ki, düşən dava zamanı qətlə yetirilən […]
Şəmkirdə QƏTL: 28 yaşlı kişi kafedə bıçaqlanaraq öldürüldü
Şəmkirdə 28 yaşlı kişi qətlə yetirilib. Canlixeber.com xəbər verir ki, rayon ərazisindəki kafelərdən birində baş verən mübahisə zamanı 1998-ci il təvəllüdlü Fərid Həsənov bıçaq xəsarəti alıb. Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Həsənovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı Sərxan Tağıyev saxlanılaraq istintaqa təhvil verilib.
Goranboyda marketdə quldurluq edən şəxs saxlanılıb
Goranboy rayonunda marketlərdən birində quldurluq hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, naməlum maskalı şəxs marketə daxil olaraq satıcını kəsici alətlə hədələyib və kassada olan 410 manatı ələ keçirərək hadisə yerindən qaçıb. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Uğur Tağıyev müəyyən edilərək saxlanılıb.Goranboy Rayon Polis Şöbəsinin […]
“İdrak” liseyindəki hadisədə istifadə olunmuş silahın sahibi barəsində cinayət təqibi aparılır
“İdrak” liseyində baş verən insidentdə istifadə edilən silahın sahibi barəsində cinayət təqibi ilə bağlı araşdırma aparılır. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib. O bildirib ki, məsələnin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək.
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
“Dünyagöz” xəstəxanasının baş həkimi Kenan Yıldırım barəsində cinayət işi açılıb. Canlixeber.com xəbər verir ki, məsələ 2024-cü ildə V.G. adlı şəxsin sol gözündə aparılan katarakt əməliyyatından sonra həmin gözün görmə qabiliyyətini itirməsi ilə bağlıdır. V.G. iddia edir ki, əməliyyatdan sonra sol gözündə ciddi problemlər yaranıb. Onun sözlərinə görə, göz daxili təzyiq artıb, ağrılar isə dözülməz həddə […]
70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb. Araşdırmalar zamanı məlum olub […]
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi
Məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlı qətimkan tədbirlərinin müddətlərinin uzadılması barədə qərarlar verib. Canlixeber.com xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində onlar barəsində […]
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, təqsirləndirilən Saleh Səmədov məhkəmədə ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti iclas iyulun 1-nə təyin olunub.
