Kriminal
Bakıda dəhşətli qətl
İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib. O.Yusubov aldığı xəsarətlərdən ölüb. Hadisəni törədib qaçan S.Camalovu polis əməkdaşları saxlayıblar. Faktla bağlı araşdırma aparılır.
Qadınları yüksək maaş və evlilik vədi ilə Türkiyəyə aparan şəxsə şərti cəza verildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Mənsimə Cəlilovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, Mənsimə Cəlilova tamah niyyəti ilə müxtəlif vaxtlarda bir neçə qadını aldatma, hədə-qorxu və zəif vəziyyətlərindən […]
Tərtərdə 12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Muradxan Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Muradxan Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona həmin maddə ilə 11 il […]
Bakıda qayınata gəlinini bıçaqladı
Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Canlixeber.com hadisə Qanbay Vəzirov küçəsində baş verib. 1997-ci il təvəllüdlü Əsgərova D. qayınanası və qayınatası ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Yaralının yaxınlarının verdiyi məlumata görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Bu istəyini bilən qayınanası […]
Salyanda kişi ailə münaqişəsi zəminində güllələnərək öldürülüb
İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi […]
“İdrak” liseyində müəllimə atəş açılan SİLAHIN SAHİBİ BARƏDƏ QƏRAR VERİLDİ
“İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan şagirdin atası barədə qərar verilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul olunub. Qərara əsasən, təqsirləndirilən Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 2 […]
Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirib, məhkuma aid tapança tapılıb
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilmiş 1 ədəd “Makarov […]
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və […]
Azərbaycanda 5 tondan çox çətənə kolu məhv edildi
İyulun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 5,2 ton çəkidə 15119 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, bu istiqamətdə tədbirlər davam etdirilir.
Gəncədə çay evində bıçaqlanma: 31 yaşlı kişi xəsarət aldı
Gəncədə çay evində bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. İlkin məlumata görə, çay evlərindən birində baş verən insident zamanı 1995-ci il təvəllüdlü Məmməd Babayev bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum […]
