Kriminal
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi
Məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlı qətimkan tədbirlərinin müddətlərinin uzadılması barədə qərarlar verib. Canlixeber.com xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində onlar barəsində […]
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, təqsirləndirilən Saleh Səmədov məhkəmədə ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti iclas iyulun 1-nə təyin olunub.
Narkotikin təsiri altında olan sürücü və sərnişin saxlanıldılar
Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndi ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobilin sürücüsü Əjdər Şıxməmmədov Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi […]
Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Mövsümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elçin İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, hadisə ötən il […]
Qardaşı arvadını 74 bıçaq zərbəsi ilə öldürən şəxs: “Mərhum atamı söydü, əsəbiləşdim”
Xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Təhmasib Əliyevin barəsindəki cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com Pravda.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttiham aktına əsasən, Təhmasib Əliyev qardaşının həyat yoldaşı Rəviyyə Nərmanova ilə aralarında yaranmış mübahisədən sonra qisas məqsədilə onu qətlə yetirib. […]
Baş idarə əməliyyat keçirib, PUA ilə gətirilən 72 kq narkotik avtomobildə aşkarlanıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində əvvəllər məhkum olunan 50 yaşlı Mətanət Qaffarova və sonuncu ilə birlikdə narkotiklərin dövriyyəsində əlbir olan 25 yaşlı Nurlan Gorodalov saxlanılıblar. Sonuncunun […]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs […]
Masazırda insident yaradan “Gelandewagen” sürücüsü məsuliyyətə cəlb edilib
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Gelandewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən […]
Azərbaycanda həbsdə olan Fransanın “SAUR” şirkətinin vitse-prezidentinin cəzası azaldılıb
Azərbaycanda həbsdə olan Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası 3 il azaldılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, Anass Derrazın apellyasiya şikayəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Yəni qərara əsasən, onun cəzası 12 ildən 9 ilə endirilib. İttihama görə, Fransa prezidentinin […]
Sabunçuda oğurluq edən şəxs saxlanılıb
Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı R.Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs gecə saatlarında evdə heç […]
