Kriminal
Bərdədə avtomat silah və patronlar aşkarlandı, şübhəli saxlanıldı
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Canlixeber.com-a verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, patron darağı […]
Azərbaycanda nüfuz alverində təqsirləndirilən zabit azadlığa buraxıldı
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. […]
Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə HÖKM OXUNDU
Ağcabədidə həyat yoldaşını öldürməkdə ittiham olunan Ayaz Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Ayaz Səlimov 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, Ayaz Səlimov həyat yoldaşı Nəzakət […]
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə başlanmış cinayət […]
Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi
Azərbaycandan Fransaya saxta pasportla getmək istəyən əcnəbi saxlanılıb. Canlixeber.com xəbər verir ki, hadisə Bakı aeroportunda baş verib. Mərakeş Krallığının vətəndaşı Ərraziqi Əl Hüseyn qeyri-qanuni şəkildə Fransaya getmək üçün saxta pasport əldə edib, Türkiyədən Azərbaycana, buradan isə Fransaya yollanmaq qərarına gəlib. O, bir neçə gün Bakıda qaldıqdan sonra Fransaya getmək üçün bilet alıb və yenidən hava […]
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmədən onlara bəraət verilməsini istəyiblər. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib, hökm qüvvədə saxlanılıb. […]
Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
“Kristal Estetik” klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı “Kristal Estetik” MMC tərəfindən vətəndaş Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq […]
Coratda avtomat tapılıb
Sumqayıt şəhərinin Corat qəsəbəsində çimərlik ərazisində avtomat silah aşkarlanıb. Canlixeber.com xəbər verir ki, ərazidə aparılan tədbirlər zamanı istifadəyə yararlı 7,62 çaplı “Kalaşnikov” avtomatı tapılıb. Aşkar edilən silah aidiyyəti üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır.
Dələduzluqda təqsirləndirilən sabiq baş konsulun məhkəməsi niyə təxirə salındı?
Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasa təqsirləndirilən şəxsin vəkili Sevil Məmmədova qatılmayıb. Bugünki iclasda vəkilin iştirak etməməsi ilə bağlı müvafiq qaydada ərizə göndərib. Qasımov deyib ki, vəkili ilə sentyabrın […]
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.DİN Mətbuat Xidmətindən bildirilib […]
