İdman
Misli Premyer Liqasında V tur davam edir: İki maraqlı oyun keçiriləcək
Bu gün Misli Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, turun ikinci günündə “Kəpəz” “Qəbələ”ni, “Sumqayıt” isə “Şamaxı”nı qəbul edəcək. Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Qəbələ” görüşü saat 17:30-da, “SOCAR Polymer Arena”da baş tutacaq “Sumqayıt” – “Şamaxı” qarşılaşması isə 19:45-də başlayacaq. Misli Premyer Liqası 12 sentyabr V tur Saat 17:30, […]
Azərbaycan gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri finala yüksəliblər. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük buna nail olub. Onlar 19.050 xalla mundialın final mərhələsinə vəsiqə qazanıblar. Dünya çempionatı sentyabrın 13-də başa çatacaq.
“Fənərbağça”nın istefa verən baş məşqçisi yoxa çıxdı
“İsmail Kartal telefonlarını söndürüb və onunla əlaqə yaratmaq mümkün deyil”. Canlixeber.com xəbər verir ki, bunu tanınmış türkiyəli jurnalist Yağız Sabuncuoğlu sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, komandanın bugünkü hazırlıq prosesinə məşqçilər – Dirk Kuyt və Zeki Göle nəzarət edib. Türkiyəli baş məşqçinin klubun təlim-məşq bazasına gəlmədiyi vurğulanır. Qeyd olunur ki, “Fənərbağça” klubunun rəsmilərinin gün […]
“Karvan-Yevlax” klubu ötən ay müqavilə bağladığı Nemət Şixamirovla yolları ayırıb
“Karvan-Yevlax” klubu ötən ay müqavilə imzaladığı Nemət Şixamirovla yolları ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Yevlax təmsilçis məlumat yayıb. Futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Qeyd edək ki, N.Şıxamirovla avqustda imzalanan müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.
Misli Premyer Liqasında V tura start verilir: “İmişli” “Neftçi”yə qarşı
Misli Premyer Liqasında V turun oyunlarına bu gün start veriləcək. Canlixeber.com xəbər verir ki, turun ilk qarşılaşmasında “İmişli” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 16:30-da başlayacaq. Misli Premyer Liqası 11 sentyabr V tur 16:30. “İmişli” – “Neftçi”.
“Sabah”ın “Mançester Yunayted”ə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasının liqa mərhələsində birinci turun son oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində “Mançester Yunayted” klubu İngiltərədə təmsilçimiz “Sabah”ı qəbul edəcək. Azərbaycanda azarkeşlər “Mançester Yunayted” – “Sabah” oyununu Bakı vaxtı ilə saat 23:00-da İctimai TV-də izləyə biləcəklər. Gecənin digər maraqlı qarşılaşmalarında “Fənərbağça” İstanbulda İtaliyanın “Roma” klubu ilə, “Bavariya” […]
“Sabah”ın 19 yaşadək futbolçuları UEFA Gənclər Liqasında ilk matça çıxırlar
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının əsas mərhələsində bu gün ilk oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçisi olduğu komanda səfərdə “Mançester Yunayted”in U-19 kollektivinin qonağı olacaq. Qarşılaşma İngiltərənin Li şəhərində yerləşən “Li Sports Villic” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Matçı Belçikadan olan FIFA referisi […]
Azərbaycan millisinin üzvü Ukrayna klubuna keçdi
Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını Ukraynada davam etdirəcək. Canlixeber.com xəbər verir ki, 27 yaşlı hücumçu “Bukovina” klubu ilə müqavilə imzalayıb. Tərəflər arasında “1 +1” illik müqavilə bağlanıb. Dadaşov “sarı-qaralar”ın heyətində 9 nömrəli forma ilə çıxış edəcək. Milli üzvü daha əvvəl Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” […]
“Qarabağ”dan ayrılan Zubir yeni komandasında debüt etdi
“Qarabağ”ın sabiq ulduzu Abdulla Zubirin Səudiyyə Ərəbistanı karyerası rəsmən başlayıb. Canlixeber.com xəbər verir ki, maliyyə problemləri səbəbindən transferi sual altında olan 34 yaşlı fransalı vingerlə bağlı maneə son anda aradan qaldırılıb. Birinci divizion təmsilçisi “Əl-Oroba” təcrübəli futbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalandığını açıqlayıb. Zubir yeni komandasında debüt də edib. O, “Al-Rabia” ilə 2:2 hesablı […]
UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün ilk turunun son oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, turun son günündə “Fənərbağça” “Roma”nı, PSV “Şaxtyor Donetsk”i, “Bavariya” “Budyo Qlimt”i, “Komo” “Leypziq”i, “Mançester Yunayted” “Sabah”ı, “Slaviya Praqa” isə “Lans”ı qəbul edəcək. 10 sentyabr UEFA Çempionlar Liqası I tur Saat 20:45, “Fənərbağça” – “Roma”; Saat 20:45, PSV – “Şaxtyor […]
