İdman
Bu gün derbi var
İngiltərə Premyer Liqasında 4-cü tutun oyunları davam edir. Canlixeber.com xəbər verir ki, bu gün turun mərkəzi matçı keçiriləcək. Derbi oyununda “Mançester Yunayted” əzəli rəqibi “Mançester Siti”ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Hazırda “Mançester Siti” 9 xalla 2-ci, “Mançester Yunayted” isə 4 xalla 13-cü pillədə qərarlaşıb. Xatırladaq ki, “Mançester Yunayted” son oyununu […]
Rumıniya uşaq futbolunda yenilik tətbiq edir: Qara vərəqə
Rumıniya Futbol Federasiyası (FRF) uşaq futbolunda qara vərəqənin tətbiq edildiyini elan edib. Canlixeber.com bu barədə FRF məlumat yayıb. Bu addımın məqsədi tribunada olan valideynlər və azarkeşlər tərəfindən göstərilən təzyiq və təhqiredici davranışları minimuma endirməkdir. “Futbol uşaqlar üçün oyun, sevinc və sağlam inkişaf məkanı olaraq qalmalıdır. Bu tədbir sayəsində FRF dünyada müstəsna olaraq tribunadakı azarkeşlərin qeyri-etik […]
Azərbaycan cüdoçusu Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev qızıl medal qazanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, o, Macarıstan Böyük Dəbilqəsinin çempionu olub. Cüdoçumuz finalda İsveç təmsilçisi Narek Vardanyanı məğlub edərək qızıl medal qazanıb.
Misli Premyer Liqasında V turun növbəti oyunları: “Zirə” “Qarabağ”a qarşı
Bu gün Misli Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, turun üçüncü günündə “Araz-Naxçıvan” “Turan Tovuz”u, “Zirə” isə “Qarabağ”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək “Araz-Naxçıvan” – “Turan Tovuz” görüşü saat 16:30-da, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Qarabağ” qarşılaşması isə 19:00-da başlayacaq. Misli Premyer Liqası 13 sentyabr V tur […]
Azərbaycanın 3×3 qadın basketbol millisi Avropa çempionatında 1/4 finala vəsiqə qazandı
Qadınlardan ibarət 3×3 Azərbaycan milli komandası Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, yığma ilk qrup oyununda Niderlanda 12:21 hesabı ilə məğlub olub. Milli ikinci görüşündə Ukrayna seçməsinə 20:7 hesabı ilə qalib gəlib. Beləliklə Azərbaycan millisi növbəti mərhələyə yüksəlib.
“Naxçıvan” basketbol klubu Yavər Abbasovla müqaviləni yeniləyib
“Naxçıvan” klubu gənc basketbolçusu Yavər Abbasovla müqavilənin müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Boyu 186 sm olan 19 yaşlı oyunçu daha bir il komandanın şərəfini qoruyacaq.
“Gəncə” meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb
Meksikalı mütəxəssis İvan Luna “Gəncə” basketbol klubunun məşqçilər korpusuna cəlb olunub. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə yeni mövsümün sonunadək müqavilə imzalanıb. İ.Luna basketbolçuların fiziki və kondisiya hazırlığına nəzarət edəcək. O, vətəni ilə yanaşı, Litvada da çalışıb.
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində ikinci yeri tutub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası (ABF) məlumat yayıb. Yığma qrup mərhələsində keçirdiyi 3 matçın hamısında qələbə qazanaraq finala yüksəlib. U-16 turnirdə “Viktor Sanikidze Academy Basketball” (94:43), “Bakırköy […]
“Turan” İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, “Fənərbağça” ilə yoxlama oyunu keçirəcək
Qadınlardan ibarət “Turan” voleybol komandası İtaliya, Yunanıstan və Türkiyədə təlim-məşq toplanışında olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisindən məlumat verilib. Hazırlıq prosesləri 12 sentyabr – 2 oktyabr aralığında baş tutacaq. Ölkə çempionu bu gün artıq İtaliyanın Rumini şəhərinə yola düşür. “Turan” İtaliyanın “Talmassons”, “Omag Consolini”, “Meqavolley”, Almaniyanın “VfB Suhl LOTTO Thüringen” kollektivləri ilə üz-üzə […]
“Sumqayıt” yeni transferini açıqladı
“Sumqayıt” klubu son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqreni transfer edib. Canlixeber.com xəbər verir ki, futbolçu ilə “1+2” illik müqavilə imzalanıb. 25 yaşlı vinger “Sumqayıt”da 11 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Banqre Fransanın “Tuluza” klubunun yetirməsidir. O, karyerası ərzində “Tuluza”, “Trua”, “Pau” və “Qrenobl” komandalarının formasını geyinib. Futbolçu Burkina Faso millisində […]
