1 min read

Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb

Ağdaş rayonu ərazisində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı ağaca çırpılıb. Canlixeber.com xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin – 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin – 41 yaşlı Ramil Həsənov xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 min read

Kahının içərisində 22 kq marixuananı gizlədib daşıyanlar ifşa edildilər

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına kahı yükü apardığı bəyan edilmiş nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və məhsulun içərisində şübhəli […]

1 min read

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda avtobusda ölüm hadisəsi qeydə alınıb. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib. Məlumata görə, 1951-ci il təvəllüdlü Əliyev Əlişir Əşir oğlu “10 V” nömrəli marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunda olarkən səhhətində qəfil problem yaranıb. Sərnişinlərin və sürücünün diqqətindən yayınmayan hadisə zamanı dərhal […]

1 min read

5 yaşlı uşaq su anbarında boğuldu

Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Samuxda Kür çayının yaxınlığında yeniyetmənin meyiti tapılıb

Samux rayonunda 17 yaşlı yeniyetmənin meyiti aşkarlanıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun […]

1 min read

Paytaxtda 11 yaşlı qız faciəli şəkildə öldü

Bakıda azyaşlı qız binadan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə mayın 30-da paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki binada baş verib. 2015-ci il təvəllüdlü qız həmin ünvanda binanın 7-ci mərtəbəsində, yaşadığı mənzilin balkonunda olarkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Cəlilabadda bir yaşlı uşaq qaynar suda yandı

Cəlilabad rayonunda bir yaşlı uşaq qaynar suda yanıb. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 30-da rayonun Alar kəndində baş verib. Kənd sakini 2025-ci il təvəllüdlü Əli Quluzadə yaşadığı evdə olarkən üzərinə qaynar su tökülüb. Azyaşlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Ötən ay 85 nəfər zəhərlənib, 2-si ölüb

2026-cı ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə KTM-dən bildirilib. Qeyd edilib ki, müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 2 nəfərin həyatını […]