Hadisə
Ötən ay 85 nəfər zəhərlənib, 2-si ölüb
2026-cı ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə KTM-dən bildirilib. Qeyd edilib ki, müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 2 nəfərin həyatını […]
Qaynar su 33 yaşlı kişini xəstəxanalıq etdi
Qobustan rayonda üstünə qaynar su düşən kişi xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Bədəlli kəndinndə baş verib. Kənd sakini – 33 yaşlı Orxan Yasinovun üzərinə yaşadığı evdə isti su tökülüb. O.Yasinov xəstəxanaya yerləşdirilib.
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Mayın 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 5 patron darağı və 79 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və
Bakıda məşhur restoranın zirzəmisində DAVA – Məhkəmə qərar verdi
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Razim Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com “Pravda”ya istinadən xəbər verir ki, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə, o, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 100 manat məbləğində cərimə […]
FHN: Bayram günlərində 221 yanğına çıxış olub, 4 nəfərin meyiti tapılıb
Ötən həftə 221 yanğına çıxış olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlik vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Qurban bayramı və Müstəqillik […]
Göygöldə yol qəzasında şəhid anası və qardaşı xəsarət aldı
Göygöl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com Teleqraf-a istinadla xəbər verir ki, qəza rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb. Belə ki, “BMW” və “KIA” markalı avtomobillərin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Zeynəb Cabbarova və onun oğlu, 2002-ci il təvəllüdlü Cabir Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal […]
Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı
Bərədə 10 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, qəza Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Bərdə rayonu Bəcirəvan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan VAZ-2115 markalı 10-HT-171 dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes” markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən “Mercedes” markalı avtomobil yol kənarındakı kanala düşüb. 1994-cü il təvəllüdlü Orxan […]
Goranboyda çörək daşıyan yük avtomobili yandı
Goranboyda yanğın hadisəsi baş verib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Ş. Hüseynovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili hərəkətdə olarkən qəfil yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, avtomobilin qalan hissəsi alovdan mühafizə edilib. Yanğın […]
Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, qəza rayon ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin orta ağır olduğu […]
Ağcabədidə qadın meyiti tapılıb
Ağcabədi rayonunda su kanalından qadın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Təzəkənd kəndi yaxınlığındakı hissəsində qeydə alınıb. Araşdırmalar zamanı suda tapılan meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovaya aid olduğu müəyyənləşdirilib. Meyit aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
