Hadisə
Naxçıvanda maşın aşdı, ölən var
Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində “Renault Logan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda zəlzələ olub
Lerikdə zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 23 km olub.
Tovuzda iki uşağı maşın vurdu
Tovuzda iki məktəblini maşın vurub. Canlixeber.com xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 2010-cu il təvəllüdlü X.Ələkbərova və F. Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Məktəblilərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstənalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.
Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı
Bakıda 11 yaşlı uşağı avtomobil vurub. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Qəsəbə ərazisində VAZ-2107 markalı avtomobil qəfil yola çıxaraq hərəkətdə olan motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletdə olan sərnişin, 2015-ci il təvəllüdlü R.Əsədov ağır bədən xəsarətləri alıb. R.Əsədovun anası bildirib ki, VAZ-2107-nin sürücüsü hadisə yerindən qaçıb. Polis əməkdaşları […]
Qaradağ rayonunda vulkan püskürüb
Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Məlumata əsasən, təbiət hadisəsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.
Naxçıvanda maşın yolu keçən qadını vurdu
Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Cəmilə Baxışəliyevanı vurub. Xəsarət alan 63 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Lənkəranda 30 yaşlı kişinin meyiti tapıldı
Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qumbaşı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Tacəddin Həbibovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Yevlaxda kanaldan kişi meyiti tapıldı
Yevlaxda kanaldan kişi meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb. 1973-cü il təvəllüdlü qəsəbə sakini Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkar edilib. İlkin məlumata görə, o, içkili vəziyyətdə olarkən kanala yıxılıb. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub. Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Qəzanın başvermə səbəbləri araşdırılır.
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Vəliyev Vidadi Rəhim oğlu “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən piyada Qasımova Almaz Ədil qızını vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
