1 min read

Tərtərdə 55 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Tərtərin Bayandurlu kəndi ərazisində “Hyundai” markalı avtomobilin yolu keçən piyadanı vurması nəticəsində 55 yaşlı Əliyev Qəribxan Cavanşir oğlu ölüb. Canlixeber.com xəbər verir ki, hadisə zamanı avtomobili Xoruzlu kənd sakini Tural Nəbiyev idarə edib. Sürücü yaralanan piyadanı xəstəxanaya aparmağa çalışsa da, Qəribxan Əliyev yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Goranboyda 3 avtomobil toqquşub, 2 nəfər ölüb

Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillər toqquşub. Canlixeber.com xəbər verir ki, “Mercedes”, VAZ-2107 və “Prado” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes” yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb. Qəza zamanı 2003-cü il təvəllüdlü X.Ələkbərov və 2004-cü il təvəllüdlü A.İbrahimov ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 min read

İsmayıllıda bacı-qardaş boğularaq ölüb

İsmayıllının Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda bacı-qardaş boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə zamanı 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı, 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlu ölüb. Kənd sakinlərinin sözlərinə görə, tullantılar üçün qazılan quyular yaxınlıqda yerləşən heyvandarlıq təsərrüfatına aid olub. Hadisədən sonra uşaqların meyitləri quyudan […]

1 min read

Gədəbəydə Niva aşıb, sürücü ağır xəsarət alıb

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan “NİVA” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə […]

1 min read

Göyçayda QƏZA: Xəsarət alanlar var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, KIA və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıblar. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi […]

1 min read

69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu Külli miqdarda vergi borcu olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub. Canlixeber.com xəbər verir ki, 69 yaşlı R. İsrafilovanın adına olan MMC-nin dövlət büdcəsinə, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 106 min 125 manat vergi borcu yaranıb. Borc illərdir ödənilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında […]

1 min read

Şəmkirdə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford Transit” markalı yük avtomobili ilə “QAZ 3110” markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kənd sakini Səbuhi Mahmud oğlu Mustafayev idarə etdiyi 05-BJ-757 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz Vito” markalı avtomobil […]

1 min read

Sumqayıtda fərdi yaşayış evində yanğın başlayıb

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Qeyd edilib ki, “112” qaynar xəttinə Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında bildirib […]