Ağsu rayonu
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.
Ağsuda oğurluq edən şəxs həbs olunub
Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri […]
