1 min read

Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu model Corcina Rodriqeslə evlənib. Canlixeber.com xəbər verir ki, 41 yaşlı futbolçu sosial şəbəkələrdə nişan üzükləri taxılmış əllərinin fotosunu paylaşıb. “People” nəşrinin məlumatına görə, rəsmi nikah mərasimi 2026-cı il avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində baş tutub. Toy qapalı və gizli şəkildə keçirilib. Mərasimdə yalnız cütlüyün beş övladı iştirak edib. Ronaldu və […]

1 min read

Ermənistanda 103 yaşlı müharibə veteranı məhkəmədə dindiriləcək

Ermənistanın Antikorrupsiya Məhkəməsi “Güclü Ermənistan” partiyasının lideri, sahibkar Samvel Karapetyanın tərəfdarı Qohar Qumaşyana qarşı qaldırılmış işə baxılması çərçivəsində Böyük Vətən müharibəsinin 103 yaşlı iştirakçısı Rozaliya Abqaryanı dindirəcək. Canlixeber.com bildirir ki, bu barədə TASS-a Qumaşyanın vəkili Vahe Misakyan məlumat verib. “Bəli, o şahiddir. Prokuror ittiham aktını təsdiqləyərkən o, şahid qismində işə daxil edilib. Bu, ilkin istintaq […]

1 min read

Bəşər Əsəd və qohumları edam cəzasına məhkum edildilər

Suriya məhkəməsi tərəfindən devrilmiş lider Bəşər Əsəd, onun qardaşı Mahir Əsəd və əmisi oğlu Nəcib Atif edam cəzasına məhkum ediliblər. Canlixeber.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, verilmiş ölüm hökmü 2011-ci ildə Suriyada xalq üsyanının ilk dəfə başladığı Dəra bölgəsində nümayişçilərə qarşı edilən müdaxilələr və mülki şəxslərə qarşı törədilən cinayətlərlə […]

1 min read

Müctəba Xamenei uzun fasilədən sonra

İran KİV-i ölkənin Ali Rəhbəri Müctəba Xameneinin təxminən 12-13 saniyəlik videosunu yayıblar. Canlixeber.com “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu, onun uzun müddətdən sonra ictimaiyyət qarşısında ilk videogörüntüsü kimi təqdim olunur. Kadrlarda Xameneinin dini təhsil alan tələbələrlə birgə olduğu görünür. Lakin videonun nə vaxt çəkildiyi açıqlanmayıb. Görüntünü izləmək üçün buraya klikləyin

1 min read

Ölkədə olmayan səfiri XİN-ə çağırdılar

Ukrayna səfiri, ölkədəki Trans-Balkan Qaz Boru Kəmərinin kompressor stansiyası yaxınlığında Ukrayna pilotsuz təyyarəsinin səbəb olduğu ehtimal edilən partlayışdan sonra Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılıb. Canlixeber.com xəbər verir ki, Bolqarıstan Xarici İşlər Nazirliyi bildirib ki, nazir Velislava Petrova 8 avqustda baş verən dron hadisəsi ilə əlaqədar Ukrayna səfiri Olesya İlaşçuku çağırıb. Xarici İşlər Nazirliyi qeyd edib […]

1 min read

Cansever vəfat etdi

Müğənni Cansever vəfat edib. Canlixeber.com xəbər verir ki, Arabesk musiqisinin məşhur nümayəndələrindən olan sənətçi 59 yaşında dünyasını dəyişib. Şimali Makedoniya əsilli ifaçı uzunsürən xərçəng xəstəliyindən sonra müalicə aldığı xəstəxanada həyatını itirib. Cansever “Ağla gözbebeğim”, “Sen de gittin” və “Kime bu inat” kimi mahnılarla məşhurlaşıb.

1 min read

“Odissey”i pulsuz izləmək istəyənlərə – Xəbərdarlıq

Dünyaşöhrətli rejissor Kristofer Nolanın böyük maraqla qarşılanan “Odissey” filmi ilə bağlı yeni kibertəhlükə aşkarlanıb. Film hələ rəqəmsal platformalarda yayımlanmasa da, internetdə onun pirat nüsxələri adı altında yayılan saxta faylların istifadəçilərin kompüterlərinə məlumat oğurlayan zərərli proqram yüklədiyi müəyyənləşdirilib. Canlixeber.comxəbər verir ki, “Bitdefender” kibertəhlükəsizlik şirkətinin araşdırmasına görə, kibercinayətkarlar “Odissey” filminin pirat versiyası görüntüsü yaradan saxta yükləmə fayllarından […]

1 min read

Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu

Rusiyada Azərbaycan əsilli MMA (Qarışıq Döyüş Sənəti) döyüşçüsü Fərid Yadullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Moskvanın Meşanski Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Fərid Yadullayev 3 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib. Ona 4 il sınaq müddəti təyin olunub. İttihama görə, Fərid Yadullayev bu ilin may […]

3 mins read

Azərbaycanlı sahibkar Rusiyada məhkəməyə verildi – Keçmiş şirkətindən Şahlar Novruzova İTTİHAM

Milliləşdirilmiş “Tuapse Dəniz Ticarət Limanı” MMC öz keçmiş sahibi, azərbaycanlı iş adamı Şahlar Novruzova qarşı məhkəmə iddiası qaldırıb və dəymiş zərərin ödənilməsini tələb edib. Canlixeber.com xəbər verir ki, bu barədə məlumat Rusiyanın arbitraj məsələləri kartotekasında yer alıb. İş materiallarında hələlik tələb olunan məbləğ açıqlanmayıb. Rusiya Baş Prokurorluğu və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentlik […]

1 min read

Hüseyn Həsənov barəsində həbs qərarı verildi

Moskvanın Presnenski məhkəməsi tanınmış bloqer Hüseyn Həsənov barəsində qiyabi qərar qəbul edib. Maliyyə vəsaitlərinin qanuniləşdirilməsi (yuyulması) ilə bağlı cinayət işinə görə ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Canlixeber.com bu barədə ura.ru saytına istinadən xəbər verir. Azadlıqdan məhrum edilməkdən başqa, məhkəmə H.Həsənovu 1 milyon rubl cərimələyib və ona iki il ərzində internetdə hər […]