Dünya
Türkiyədə helikopter qəzaya uğradı
Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlikli elektrik xətləri üzərində işləyən helikopter qəzaya uğrayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, Deregözü kəndində baş verən helikopter qəzasının səbəbi və göyərtədəki insanların sayı məlum deyil. Giresun valisi Mustafa Koç bölgəyə gedib.
Mark Zukerberq İrlandiyada tarixi qala alıb
“Meta” şirkətinin baş direktoru Mark Zukerberq həyat yoldaşı Prissilla Çanla birlikdə İrlandiyada tarixi Strankalli qalasını və onun ətrafındakı 178 hektarlıq ərazini satın alıb. Canlixeber.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Qotik üslubda inşa edilmiş malikanə İrlandiyanın Uoterford qraflığında yerləşir. Zukerberq ailəsinin buradan İrlandiyaya səfərləri zamanı iqamətgah kimi istifadə edəcəyi bildirilir. “Mark və […]
Türkiyədə daha bir vəqfə qarşı əməliyyat keçirilib
Türkiyədə Adana Polis idarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları səhər saatlarında Furkan Vəqfində əməliyyat keçiriblər. Canlixeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Furkan Vəqfinin təsisçisi Alparslan Kuytulun evinin qarşısına çox sayda polis qrupları cəlb edilib və evdə axtarış aparılıb. Nəticədə Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul, eləcə də vəqfin çox sayda üzvü saxlanılıb. Saxlanılanlar ciddi […]
Gürcüstan azərbaycanlılar daxil 67 əcnəbini ölkədən deportasiya edib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlər keçirilən tədbirlər nəticəsində 67 xarici vətəndaşı ölkədən deportasiya edib. Canlixeber.com xəbər verir ki, nazirliyin məlumatına görə, deportasiya olunanlar arasında Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka və Çin vətəndaşları da var. Bildirilib ki, deportasiya edilən şəxslərin Gürcüstana girişinə […]
İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olundu
İranda ötən ilin dekabrında baş verən iğtişaşlarda iştirak edən Şəhram Sadiqi edam olunub. Canlixeber.com Tasnim” agentliyinə istinadən xəbər verir ki, Şəhram Sadiqi kütləvi etirazlar zamanı avtomobili hüquq-mühafizə orqanları əməkdaşlarının üzərinə sürməkdə ittiham olunurdu. Qeyd edilib ki, hadisə nəticəsində 7 güc strukturu əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Həmçinin bildirilib ki, hadisədən sonra Sadiqi hadisə yerindən qaçıb, […]
Rusiyada tkin düşən Şamil meşədə ölü tapıldı
Beş günlük axtarışdan sonra itkin düşmüş vəkil Şamil Axayevin meyiti Leninqrad bölgəsindəki meşə zolağından tapılıb. Canlixeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, onun üzərində zorakılıq və boğulma əlamətləri aşkar edilib. Vəkil sonuncu dəfə avqustun 10-da həmkarı ilə görüşməyə getdiyi Repino kəndində görülüb. Onun itkin düşməsi barədə polisə anası məlumat verib. Qadının sözlərinə görə, Axayevin işdə problemləri olub və […]
Süleymancılar icmasının üzvü: “Bizə yaraşanı edək”
Süleymancılar dini icmasının mərkəzi yataqxanasında polis axtarışı zamanı çox sayda icma üzvü binanın qarşısına toplaşıb. Canlixeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, icma rəsmiləri hər hansı bir iğtişaşın qarşısını almaq üçün təmkinli olmağa çağırıblar. Bir rəsmi şəxs “Bizə yaraşanı edək, onlar da özlərinə yaraşanı etsinlər” deyərək izdihamı sakit olmağa çağırıb. Mərkəzi yataqxanada polis axtarışı davam […]
Məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat etdi
Puertorikolu keçmiş boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, bu barədə idmançının atası və məşqçisi Riçard Kolon öz “Instagram” hesabında paylaşım edib. İdmançının atası oğlunun artıq daha yaxşı bir yerdə olduğunu bildirib. O qeyd edib ki, övladının arzusunu reallaşdıraraq onu dincəlmək üçün Puerto-Rikoya aparmaq istəsə də, bu istəyi baş tutmayıb. Ata […]
Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edilib
Armen Qriqoryan Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib. Canlixeber.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib. Onu bu postda Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan əvəzləyib. “Mən Təhlükəsizlik Şurasının katibini dəyişdirmək qərarına gəldim. Son səkkiz ildə gördüyü işə görə Armen Qriqoryana minnətdaram”, – Paşinyan avqustun 13-ü hökumətin […]
Ermənistan Kərki kəndini Azərbaycana qaytaracaq
Ermənistan hökuməti Konstitusiya dəyişikliyinə dair referendumundan sonra anklavlar məsələsini müzakirə etməyə başlayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Hraparak” ölkənin rəsmi mənbələrinə istinadla məlumat yayıb. Nəşr yazıb ki, əsas müzakirə mövzusu Azərbaycanın sərhəddə yerləşən anklavı Kərki ilə bağlıdır. Mənbə qeyd edib ki, Nikol Paşinyan hökuməti hələlik məsələnin müzakirəsini təxirə salmaq qərarına gəlib, çünki referendumdan əvvəl […]
