Dünya
Gürcüstandan azərbaycanlı da daxil olmaqla 55 əcnəbi ölkədən çıxarılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 55 əcnəbini ölkədən deportasiya ediblər. Canlixeber.com xəbər verir ki, tədbirlər ölkə DİN-in digər aidiyyəti dövlət qurumları ilə koordinasiya şəraitində həyata keçirilib. Miqrasiya Departamentinin məlumatına görə, kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Özbəkistan, Azərbaycan, Pakistan, Somali, Ermənistan, Sudan, Tailand, Misir, İraq və […]
Ermənistan parlamentinin yeni sədri məlum oldu
Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib. Canlixeber.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, parlamentdə keçirilən səsvermədə Ruben Rubinyan 63 səs toplayaraq spiker postuna sahiblənib. Bundan başqa Ermənistan Respublikası Baş nazirinin mətbuat katibinin də kimliyi açıqlanıb. Məlumata görə, avqustun 3-dən etibarən Melaniya Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanın sözçüsü kimi fəaliyyətə başlayacaq. […]
Erdal Beşikçioğlu həbs edilib
Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsinin sədri, tanınmış aktyor Ərdal Beşikçioğlu həbs edilib. Canlixeber.com “Haber Global”a istinadən xəbər verir ki, məhkəmə Ə. Beşikçioğlu ilə yanaşı, daha 39 nəfər barəsində həbs qərarı verib. Bələdiyyə sədri iyulun 30-da keçirilən korrupsiya əməliyyatı çərçivəsində saxlanılmışdı.
Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edildi
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının lideri Nikol Paşinyanı yenidən ölkənin Baş naziri təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin rəsmi saytında dərc olunan fərmanda bildirilib. Sənəddə qeyd olunub ki, Ermənistan Konstitusiyasının 149-cu maddəsinin birinci hissəsinə əsasən Nikol Paşinyan Baş nazir vəzifəsinə təyin edilib.
Simonyanı o əvəz edəcək
Avqustun 2-də Ermənistan Milli Məclisinin sədri vəzifəsinə namizəd göstərilən yeganə namizəd hakim Vətəndaş Müqaviləsi Partiyasından olan 36 yaşlı parlament üzvü Ruben Rubinyandır. Canlixeber.com xəbər verir ki, o, əvvəlki parlamentdə vitse-spikerlərdən biri və bu yaxınlara qədər Türkiyə ilə normallaşma danışıqları üzrə xüsusi nümayəndə vəzifəsində çalışıb. Hakim Vətəndaş Müqaviləsi Partiyasının parlament fraksiyasının rəhbəri Arusyak Manavazyan namizədliyini 9-cu çağırış Ermənistan […]
Paşinyan istefa verdi
Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib. Canlixeber.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesablarında paylaşım edib. “Konstitusiyanın 158-ci maddəsinə uyğun olaraq, yeni seçilmiş parlamentin fəaliyyətinin ilk günü hökumət istefa verir”, – deyə o qeyd edib. Yayılan videoda Paşinyan hökumətin istefası ilə bağlı sənədi imzalayaraq Ermənistan prezidentinə təqdim edib. […]
Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı
2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğla vilayətinin Marmaris rayonunda saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Təhlükəsizlik Baş İdarəsinin Kəşfiyyat bölümünün rəhbərliyi altında Eskişehir və Afyonqarahisar vilayətlərinin polis kəşfiyyat, eləcə də Afyonqarahisar polisinin terrorizmlə mübarizə şöbələrinin ortaq […]
“Mercedes” avtomobillərində problemlər aşkarlandı
“Mercedes-Benz” şirkəti ABŞ-də 310 667 avtomobili geri çağırdığını elan edib. Buna səbəb qapının açılması sensorunda yarana biləcək nasazlıqdır. Şirkət bildirib ki, bu problem avtomobilin elektron dayanacaq tormozunun avtomatik işə düşməsinə mane ola bilər. Canlixeber.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb. Qərar 2019-2024-cü […]
Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 193 nəfər təşkil edir. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin iyun ayı üzrə hesabatında bildirilib. Həmin şəxslərin 56-sı kişi, 5-i qadın olmaqla 61-i ittiham edilən, 114-ü kişi, 18-i qadın olmaqla 132-si məhkumdur. Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 79 nəfərə bərabərdir. Onların 70-i […]
Gürcüstandan azərbaycanlılar da daxil 96 əcnəbi deportasiya edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 96 xarici vətəndaşı ölkədən çıxarıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Məlumata görə, Miqrasiya İdarəsi nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, […]
