“Odissey”i pulsuz izləmək istəyənlərə – Xəbərdarlıq
1 min read

“Odissey”i pulsuz izləmək istəyənlərə – Xəbərdarlıq

Dünyaşöhrətli rejissor Kristofer Nolanın böyük maraqla qarşılanan “Odissey” filmi ilə bağlı yeni kibertəhlükə aşkarlanıb. Film hələ rəqəmsal platformalarda yayımlanmasa da, internetdə onun pirat nüsxələri adı altında yayılan saxta faylların istifadəçilərin kompüterlərinə məlumat oğurlayan zərərli proqram yüklədiyi müəyyənləşdirilib.

Canlixeber.comxəbər verir ki, “Bitdefender” kibertəhlükəsizlik şirkətinin araşdırmasına görə, kibercinayətkarlar “Odissey” filminin pirat versiyası görüntüsü yaradan saxta yükləmə fayllarından istifadə edərək, “Lumma Stealer” adlı zərərli proqramı yayırlar.

Bildirilib ki, istifadəçilər artıq film faylı təsiri bağışlayan zərərli icra edilə bilən faylları yükləməyə başlayıblar.

Hücumçular filmin qanuni video faylı olduğunu göstərən saxta yükləmə linkləri hazırlayırlar. İstifadəçi faylı endirib açdıqda isə film əvəzinə kompüterə “Lumma Stealer” yüklənir.

Şirkətin müəyyən etdiyi fayl adları arasında “The Odyssey 2160pHD (2026) EngSubs EZTV.exe”, “The Odyssey 2026 1080p H264-DJT.exe” və “The Odyssey 2026 1080p WEBRip-LAMA.exe” kimi adlar yer alır.

“Bitdefender” xəbərdarlıq edir ki, bunlar video faylları deyil, “Windows”un icra edilə bilən “.exe” fayllarıdır. Faylın adında filmin keyfiyyəti və formatı ilə bağlı ifadələrin olması onun təhlükəsiz olduğu anlamına gəlmir.