Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edilib
1 min read

Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edilib

Armen Qriqoryan Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.

Canlixeber.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

Onu bu postda Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan əvəzləyib.

“Mən Təhlükəsizlik Şurasının katibini dəyişdirmək qərarına gəldim. Son səkkiz ildə gördüyü işə görə Armen Qriqoryana minnətdaram”, – Paşinyan avqustun 13-ü hökumətin iclasında deyib.

Bununla belə, Paşinyan qərarın səbəbləri və ya Qriqoryanın mümkün yeni vəzifəsi barədə məlumat verməyib.