Türkiyədə helikopter qəzaya uğradı
1 min read

Türkiyədə helikopter qəzaya uğradı

Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlikli elektrik xətləri üzərində işləyən helikopter qəzaya uğrayıb. 

Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Məlumata görə, Deregözü kəndində baş verən helikopter qəzasının səbəbi və göyərtədəki insanların sayı məlum deyil.

Giresun valisi Mustafa Koç bölgəyə gedib.