1 min read

Türkiyəli gənc futbolçu vəfat etdi

Türkiyənin “Bandırmaspor” klubunun futbolçusu Tolqa Kalender vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 25 yaşlı müdafiəçi müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Tolqa Kalender karyerası ərzində “Başakşəhər”, “Adana Dəmirspor”, “Bayrampaşaspor”, “Diyarbekirspor” və son olaraq “Bandırmaspor”un formasını geyinib. O, klub səviyyəsində 131 oyunda meydana çıxıb, 4 […]

1 min read

Gürcüstanda azərbaycanlı iş adamı öldü

Gürcüstanda Marneuli-Ağbulaq yolunun “Mal bazarı” adlanan ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dirəyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb və hadisə yerində həyatını itirib. Həyatını itirən şəxsin bölgədə məşhur restoranlardan birinin sahibi Namiq Qocayev olduğu bildirilir.

1 min read

Tanınmış idmançı dağdan yıxılaraq öldü

Dünya dağ qaçışı idmanının tanınmış simalarından biri olan norveçli atlet İda Ameli Robsam Romsdalseggen zirvəsi yaxınlığında həyata keçirdiyi yürüş zamanı yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb. Qeyd olunur ki, polisə turist qrupunun bir üzvünün Romsdalseggen zirvəsi yaxınlığında sürüşərək yıxılması barədə məlumat daxil olub. 30 yaşlı idmançı xilasedici helikopter vasitəsilə […]

1 min read

Rusiyada daha 2 nəfəri ayı parçalayıb

Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayı 2 nəfəri parçalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Ölənlərin 44 və 46 yaşları olub. Onlardan 44 yaşlı kişi yerli fermada işləyib. Cümə günü, sentyabrın 18-də o, itkin düşən inəyi tapmaq üçün Sever kəndi yaxınlığındakı meşəyə gedib və geri qayıtmayıb.Ertəsi gün onun […]

1 min read

PSJ prezidenti barəsində istintaq başlanılıb

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə ilkin araşdırmaya başlanılıb. Canlixeber.com “Foot Mercato”ya istinadən xəbər verir ki, Paris prokurorluğu “Anticor” təşkilatının müraciətindən sonra işi antikorrupsiya bölməsinə göndərib. Təşkilat ehtimal edir ki, 2024-cü ilin yayında Əl-Xəlaifi Birinci Liqa matçlarının televiziya hüquqlarının satışı üzrə danışıqlar zamanı tutduğu vəzifələrdən istifadə etmiş ola bilər. […]

1 min read

İranda İsrail üçün casusluqda ittiham edilən şəxs edam olunub

İranda İsrailin xarici kəşfiyyat xidmətinə (Mossad) casusluq etməkdə günahlandırılan şəxs edam edilib. Canlixeber.com xəbər verir ki, Hüseyn Pedəran adlı şəxs İsfahanda yerləşən hərbi obyektlərlə bağlı həssas informasiyanı “Mossad”a ötürüb. Belə ki, sözügedən şəxs öz təşəbbüsü ilə “Mossad”la əməkdaşlığa başlayıb və məlumatların kodlaşdırılması ilə bağlı təlim keçib. O, həssas məlumatları kodlaşdırılmış formada e-mail vasitəsilə İsrail kəşfiyyatına […]

1 min read

Asiyanın ən varlı insanı oldu

“TikTok”un əsas şirkəti “ByteDance”ın qurucusu Çjan İminq 105,5 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı insanı olub. Canlixeber.com xəbər verir ki, “Bloomberg”in məlumatına görə, çinli sahibkar 104,8 milyard dollar sərvəti olan hindistanlı iş adamı Qautam Adanini geridə qoyub. “ByteDance”ın təxminən 21 faizinə sahib olan Çjan İminqin sərvəti “BlackRock” və “Fidelity”nin şirkətə dair yeni qiymətləndirmələrindən sonra […]

1 min read

“İnter”in və İtaliya millisinin əfsanəvi oyunçusu Sandro Matsola vəfat edib

İtaliya millisinin heyətində 1968-ci il futbol üzrə Avropa çempionu olan Sandro Matsola 84 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə yarımmüdafiəçinin bütün oyun karyerasını keçirdiyi “İnter”in mətbuat xidməti məlumat yayıb. Ölümün səbəbləri açıqlanmır. Klubun heyətində Matsola iki dəfə Avropa Çempionlar Kubokunu və Qitələrarası Kuboku qazanıb, dörd dəfə isə İtaliya çempionu olub. 1966-cı ildə […]

1 min read

35 yaşlı qadın sərnişin avtobusuna “ərə getdi” – Hətta işini də dəyişdi

Kolumbiyada qeyri-adi hadisə baş verib. Boqota şəhərinin 35 yaşlı sakini Yelin Lizbet Patinyo “TransMilenio” marşrut avtobusuna aşiq olduğunu və onunla “evləndiyini” açıqlayıb. Canlixeber.com”Daily Mirror”a istinadən xəbər verir ki, qadın 60 nömrəli avtobusla qeyri-rəsmi nikaha girdiyini bildirib. Patinyo bunun üçün ağ gəlinlik geyinib, tort və nişan üzüyü alıb. O, rəfiqəsi və qohumunun iştirakı ilə kiçik ziyafət […]

1 min read

Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları

Fransanın Lion şəhərində 5 ton saxta siqaretin müsadirəsi ilə nəticələnən cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, iş materiallarına əsasən, şəbəkənin rəhbərlik və təchizat həlqələrində bir neçə Ermənistan vətəndaşı yer alıb. Fransada Ermənistan vətəndaşlarının və erməni mənşəli şəxslərin adlarının mütəşəkkil cinayətkarlıqla bağlı araşdırmalarda hallanması ilk belə hal deyil. Son illərdə Fransa hüquq-mühafizə […]