1 min read

PSJ prezidenti barəsində istintaq başlanılıb

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə ilkin araşdırmaya başlanılıb. Canlixeber.com “Foot Mercato”ya istinadən xəbər verir ki, Paris prokurorluğu “Anticor” təşkilatının müraciətindən sonra işi antikorrupsiya bölməsinə göndərib. Təşkilat ehtimal edir ki, 2024-cü ilin yayında Əl-Xəlaifi Birinci Liqa matçlarının televiziya hüquqlarının satışı üzrə danışıqlar zamanı tutduğu vəzifələrdən istifadə etmiş ola bilər. […]