Cəmiyyət
Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) bildirilib. Bildirilib ki, avqustun 3-də 35 kV-luq Xətai elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan elektrik xətlərində müvəqqəti enerji fasiləsi yaranacaq. Bununla əlaqədar olaraq, […]
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib
Xocalı rayonunun Şuşakənd kəndində Hüseynovlar ailəsində oğlan övladı dünyaya gəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb. Məlumata görə, boyu 50 santimetr, çəkisi 2 kiloqram 700 qram olan körpə avqustun 2-də xəstəxanadan evə buraxılıb. Körpəyə Mustafa Kamal adı verilib. O, […]
Oğlunun şəhid olduğu gün vəfat etdi
Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid anası Rəfiqə Əliyeva vəfat edib. Canlixeber .comxəbər verir ki, o, övladı, gizir Pərvin Əliyevin şəhidlik ildönümündə dünyasını dəyişib. Qeyd edək ki, Pərvin Səlahəddin oğlu Əliyev 1981-ci il martın 15-də Nərimankənd kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. Pərvin Əliyev 2014-cü […]
Horadiz-Ağbənd avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir
Horadiz–Ağbənd avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir. Eyni zamanda dəmir yolu xəttinin inşası da son mərhələyə çatıb. Canlixeber.com xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, bir çox şirkətlər bölgədə anbar kompleksləri və logistika mərkəzləri yaratmaq, […]
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə AAF-ın mətbuat xidmətindən məlumat verilib. Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.
İkram Kərimov vəfat etdi
Uzun illər məhkəmə sədri olmuş, 2019-cu ildən Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının Sədri, “Ədalət” Vəkil bürosunun vəkili olan İkram Kərimov vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Muxtar Mustafayev sosial şəbəkədə yazıb. İkram Kərimov 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, İkram Kərimov 18 aprel 1942-ci il tarixində Kürdəmir şəhərində qulluqçu ailəsində […]
DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçirəcək. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Məlumata görə, imtahanda iştirak etmək üçün 1 125 namizəd qeydiyyatdan keçib. Namizədlər imtahana şəxsiyyətlərini təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər. İmtahan iki […]
Bu gün çimərliklərdə hava necə olacaq?
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) çimərliklərində 25-26, cənub (Türkan, Hövsan, Sahil, Şıx) çimərliklərində 26-27 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
Avqustun 2-nə gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, […]
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub. Canlixeber.com Qaynarinfoya istinadla xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər […]
