Azərbaycan Atletika Federasiyası
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə AAF-ın mətbuat xidmətindən məlumat verilib. Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.
