Cəmiyyət
Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçiriləcək
27 may tarixində Qurban bayramı münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıqlar birbaşa satışa çıxarılacaq. Yarmarkada qonaqlar üçün – yerində […]
Bakı–Tbilisi–Bakı qatarı ilə səfər edəcəklərə şad xəbər
Bakı-Tbilisi-Bakı reyslərində Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, kiçik əl yükü üçün də ödəniş tələb olunmur. Qeyd edilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan […]
Beyləqanda 18 kəndin qazı kəsiləcək – Adları açıqlanmır
Mayın 25-i saat 10:00-dan Beyləqan rayonunun 18 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi ilə əlaqədardır. Qaz təchizatının hansı kəndlərdə dayandırılacağı ilə bağlı RQİİ tərəfindən hər hansı məlumat verilməyib.
Alimpaşa Məmmədovun işinə baxmış hakim VƏZİFƏSİNDƏN AZAD EDİLİR
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb. Qeyd edək ki, Nural Turab oğlu Əliyev 1986-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetin Hüquq fakültəsini bitirib. 2009-2016-cı illərdə Ali Məhkəmənin katibi, 2016-2018-ci illərdə Sabunçu Rayon Prokurorluğunda müstəntiq […]
Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir
Azərbaycanda yeni cərimələr müəyyənləşir. Canlixeber.com xəbər verir ki, sözügedən məsələ İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə […]
Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək
Azərbaycanda Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək. Canlixeber.com xəbər verir ki, sözügedən məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur. Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət […]
Bakıda istiqaməti dəyişdirilən avtobusların fəaliyyəti bərpa edilir
WUF13 ilə əlaqədar 28 marşrutun əvvəlki sxemi üzrə, eləcə də müvəqqəti dayandırılan 4 ekspres marşrutun fəaliyyətini bərpa edilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, mayın 23-dən 15, 18, 31, 32, 60, 70, 71, 107, 107A, 118A, 118B, 125, 131, 133, 148, 162, 166, 168, 169, 173A, 173B, […]
Naxçıvana uçuşlar bərpa edildi
Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir. AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhkükəsizliyi üçün bütün zəruri tədbirləri […]
Sabiq deputat Türkiyədə vəfat etdi
Sabiq millət vəkili, Tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib. Canlixeber.com xəbər verir ki, o, ötən gün İstanbulda dünyasını dəyişib.Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış. Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib. Qeyd edək ki, C.H.Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.
Meteohəssas insanların nəzərinə
Mayın 22-i üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
