2 mins read

Azərbaycanda sənaye meşələri salınacaq

Ölkədə ilk mərhələdə sənaye məqsədli meşə salınması üzrə pilot layihəyə start verilməsi nəzərdə tutulur. Canlixeber.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində pavloniya və sürətlə böyüyən digər ağac növlərindən istifadə etməklə meşə təsərrüfatının yeni modeli formalaşdırılacaq: […]

1 min read

Samir Qənili müşavir təyin olundu

Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov özünə yeni müşavir təyin edib. Canlixeber.com nocomment.az-a istinadla xəbər verir ki, Sədrin imzaladığı müvafiq qərara əsasən, bu vəzifəyə Samir Qənili gətirilib. Samir Qənili bu təyinata qədər “Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi vəzifəsində çalışıb.

1 min read

Bəzi ərazilərdə yağınıtılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Mayın 23-ü saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.Düşən yağıntının miqdarı Biləsuvarda 62, İsmayıllıda 28, Göyçay, Oğuzda 25, Xızıda 24, Sabirabadda 15, Xaltanda 14, Şabran 13, Zaqatalada […]

1 min read

Sumqayıt şəhərində qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb .Bu çərçivədə, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, […]

1 min read

Azərbaycanda ölüm halları artıb

Bu ilin ilk üç ayı ərzində Azərbaycanda ölüm halları artıb. Canlixeber.com xəbər verir ki, vu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Statistikaya görə, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 15019 ölüm halı qeydə alınıb. Bu isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,6-dan 5,9-a qədər artıb.

1 min read

Azərbaycan əhalisinin sayı açıqlanıb

Aprel ayının əvvəlinə olan statistikaya əsasən Azərbaycan əhalisinin sayı artıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər (0,1 faiz) artaraq 2026-cı il aprel ayının 1-i 10268165 nəfərə çatıb. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası […]

1 min read

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Mayın 23- də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

1 min read

Bu gün hava necə olacaq?

Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.cpm xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]

1 min read

Mehdiabad qəsəbəsinin qaz təchizatı dayandırılacaq

Mayın 25-i saat 09:00-dan işlər yekunlaşanadəkAbşeron rayonu, Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması aparılacaq təmir işləri ilə əlaqədardır.