Cəmiyyət
Milli Qəhrəman Pəncəli Teymurovun medalı ailəsinə təqdim olunub
Mayın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Orsusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və Nazirliyin digər vəzifəli şəxsləri şəhid Milli qəhrəmanlar Qurbanov Vaqif Bəxtiyar oğlu və Teymurov Pəncəli Nurməmməd oğlunun ailə üzvləri ilə görüşüb. Canlilxeber.com […]
Azad edilmiş ərazilərdə daha 57 mina, 378 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (11.05.2026 – 17.05.2026) məlumat açıqlanıb. Canlixeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş əraziləerdə 32 piyada əleyhinə mina, 25 tank əleyhinə mina, 378 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Qeyd edilib ki, 1266,9 […]
Qəbələnin dörd kəndi qazsız qalacaq
Sabah saat 10:00-dən etibarən Qəbələ rayonunun Böyük Pirəlli, Kiçik Pirəlli, Soltannuxa və Zarağan kəndləri ərazisində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması müxtəlif diametrli qaz xətlərinin kipliyinin yoxlanılması ilə əlaqədardır.
Bəzi yerlərdə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA
Mayın 18-si saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb. Bakıda və Abşeron yarımadasında yağan yağış mayın 18-də gecə saatlarından kəsilsə də, bəzi rayonlarda yağıntılar […]
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti” Publik Hüquqi Şəxsinin rəisi vəzifəsindən azad edilib. Canlixeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Xidmətin rəisi Səftər İsmayılov işdən çıxarılıb. Məlumata görə, Avtomobil Yollarının Mühafizə Xidmətində aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Sözügedən qurumun bir sıra vəzifəli şəxsi […]
Sabunçuda yük maşını minik avtomobilinə çırpıldı: Sürücü xəsarət aldı
Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com Patrul.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 09:10 radələrində Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində, 2 saylı Doğum Evinin qarşısında qeydə alınıb. Belə ki, “Nissan” markalı, 77-SU-546 dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkətdə olarkən, arxadan gələn “Hyundai Porter” markalı, 99-MX-280 dövlət qeydiyyat nişanlı yük […]
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunacaq. Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Rəşadət Əli oğlu Piriyevin qalıqları Bərdə rayonu, Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təşkil ediləcək
Sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür. Qeyd edilib […]
Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar
Dünən Həcc ziyarətinə yollanan zəvvarlar Məkkə şəhərinə çatıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. “Ümumilikdə 180 nəfər zəvvar Məkkəyə çatıb. Yarım saat oteldə dincəldikdən sonra Kəbəyə yola düşəcəklər. Orada “Ümreyi Təməttö”nün ehramdan başqa qalan əməllərini yerinə yetirəcəklər. […]
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 18-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
