October 2026
Dələduzluqda təqsirləndirilən sahibkar həbs edildi
Qax rayonunda dələduzluqda təqsirləndirilən sahibkar həbs edilib. Canlixeber.com xəbər verir ki, Qax rayonunun Çüdüllü kənd sakini, 1992-ci il təvəllüdlü Fuad Hətəmov Qaxda uzun illər toyuq ferması yaradıb, sahibkarlıqla məşğul olub. O, bir müddət əvvəl rayon sakinlərindən toyuqlar üçün nisyə qarğıdalı və buğda alıb, onlara satdıqları qiymətdən daha çox pul verəcəyini vəd etsə də, aldığı məhsulların […]
Bakının iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Oktyabrın 12-də Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin keyfiyyətinin artırılması və artan tələbatın qarşılanması məqsədilə təmir və yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Əsəd Əhmədov, […]
Bəzi ərazilərdə işıq olmayacaq
Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasından çıxan 3, 4 və 5 nömrəli 10 kV-luq hava elektrik xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 12:00-dan […]
Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, VAZ-21012 markalı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü X.Civişovu vurub. Hadisə zamanı avtomobildə olan 1974-cü il təvəllüdlü İ.Məmmədova və 1993-cü il təvəllüdlü G.Həmzəyeva da xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb […]
Masazırda ağır qəza: İki nəfər öldü
Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza yolun Abşeron rayonu, Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili motosikletlə toqquşub. Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib. Hadisənin təfərrüatı araşdırılır.
Gəncədə 36 yaşlı kişi bıçaqlanaraq öldürüldü, daha bir nəfər xəsarət aldı
Gəncədə 36 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb. Canlixeber.com xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən O.Həsənov polis əməkdaşları tərəfindən tutulub. Hadisə zamanı daha bir nəfərin bıçaq xəsarəti aldığı məlum olub. Belə ki, 1984-cü il təvəllüdlü A.Həsənov da bıçaqlanıb. Xatırladaq ki, Gəncədə 36 yaşlı R. Həsənov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya […]
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – Xəbərdarlıq
Oktyabrın 12-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 21-26° isti […]
Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi ilə qarşılaşıb. Hər üç raundu öz xeyrinə başa vuran Cəmilə Muradlı 5:0 hesabı ilə (30:27, 30:27, […]
Türkiyənin müdafiə sənayesində xarici elektrik avtomobillərinə qadağa
Türkiyənin TUSAŞ Motor Sənayesi (TEI) şirkətinin baş direktoru Mahmut Faruk Akşit müdafiə sənayesi müəssisələrinin ərazisinə xarici istehsalı olan elektrik avtomobillərinin buraxılmadığını bildirib. Canlixeber.com xəbər verir ki, “TRT Haber” telekanalına istinadən xəbər verir ki, Akşit bu barədə Pamukkale Universitetində keçirilən konfransda çıxışı zamanı danışıb. O, rəqəmsal texnologiyaların yaratdığı təhlükələrə diqqət çəkib. Akşit müdafiə sənayesində məxfi məlumatların […]
